Milli Məclisin növbədənkənar sessiyasında ilk iclası
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasında ilk iclası

Parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra iclasda 14 məsələnin müzakirə ediləcəyi diqqətə çatdırılıb.

Gündəliyin birinci məsələsi olan "Azərbaycan Respublikasının 2023- il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Müzakirələrin sonunda 2023- ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunan 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Komitə sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğu, mahiyyətcə bir-birinə yaxın olduğunu bildirilib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gündəliyin qalan 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti 4 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, məzmun mahiyyətcə bir-birinə yaxındır.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin 13- məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Musa Quliyev məlumat verib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Kamal Cəfərov məlumat verib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin 2023- ilin növbədənkənar sessiyasının ilk iclası başa çatıb.  

Mustafa KAMAL,

Respublika”.