Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat vəsaitin ödənilib
Sosial həyat

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat vəsaitin ödənilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin birinci rübündə özəlləşdirmə və icarədən dövlət büdcəsinə 30,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu sahədə işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 12 hərrac keçirilib. Hərraclarda kiçik dövlət müəssisəsi, 3 səhmdar cəmiyyətinin səhm paketi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb. Cari ilin ilk 3 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 21,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahəsi üzrə olmaqla 673 yeni icarə müqaviləsi bağlanılıb. 

2024-cü ilin birinci rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım qeydə alınıb.

“Respublika”.