Slovakiya ilə münasibətlər geopolitik baxımdan əhəmiyyətlidir
Siyasət

Slovakiya ilə münasibətlər geopolitik baxımdan əhəmiyyətlidir

Azərbaycan və Slovakiya arasındakı münasibətlər günü-gündən inkişaf etməkdədir. Slovakiyanın baş nazirinin Azərbaycana səfəri də bu tendensiyanın sübutudur. Səfər çərçivəsində çoxsaylı sənədlər münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəkdir. İmzalanma mərasimindən sonra mətbuata açıqlamalarında hər iki ölkənin lideri mühüm məqamlara toxundular.

Birgə silah istehsalına başlanılması da böyük hadisədir. Burada Slovakiyanın təcrübəsindən və texnoloji imkanlarından istifadə olunacaq, maliyyə dəstəyini isə Azərbaycan tərəfi verəcək. Eyni zamanda Slovakiya Qarabağın işğaldan azad olunmasından sonra burada bərpa və yenidənqurma işlərinə də cəlb olunacaq, Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək.

Bununla yanaşı, təhlükəsizlik məsələləri də enerji tərəfdaşlığının əsas qayəsini təşkil edir. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Azərbaycana çox böyük maraq var. Bəzi dövlətlər öz enerji təhlükəsizliyini şaxələndirir və yeni mənbələr axtarışındadırlar. Bu baxımdan, Azərbaycan cəlbedici dövlət kimi görünür. Ölkəmiz Avropanın ümumi enerji təhlükəsizliyində mühüm rola malikdir. Bu sahədə əməkdaşlıq həm də Mərkəzi Avropa və Cənubi Qafqaz arasında bağlantıların daha möhkəm olmasına gətirib çıxarır. Son dövrlər baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Slovakiya ilə münasibətlər həm də geopolitik baxımdan əhəmiyyətlidir.

İlyas HÜSEYNOV,

Politoloq.