Slovakiya ilə birgə silah istehsalı xarici asılılığı azaldacaq
Siyasət

Slovakiya ilə birgə silah istehsalı xarici asılılığı azaldacaq

Azərbaycanın Slovakiya ilə birgə silah istehsalı əslində yeni bir məsələ deyil. Ümumiyyətlə, məsələyə kompleks şəkildə baxmaq lazımdır. Bir sıra ölkələrlə  artıq bu cür addımlar atılıb. Əsasən də qardaş Türkiyə ilə strateji tərəfdaşlıq xüsusilə qeyd edilməlidir. Bundan əlavə, İsraillə də bu cür razılaşmalar mövcuddur. Sözügedən ölkə ilə birgə pilotsuz uçuş aparatlarının da istehsalına da bir neçə il bundan əvvəl başlanılıb. Bu gün də istehsal prosesi böyük sürətlə davam edir. Əsas məqsəd dünya təcrübəsini öyrənib yerli istehsalı xarici asılılıqdan tamamilə azaltmaqdır. Bildiyimiz kimi, Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir. 100-dən artıq çeşiddə silah-sursat istehsal olunur. Bu baxımdan, Slovakiya ilə imzalanan sənəd təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Bundan sonra da bu addımlar daha da davamlı xarakter daşıyacaq.

Fərdin İSAZADƏ,

Hərbi ekspert.