“Railway Supply”: Bakı-Tbilisi-Qars dəmir yolu xəttində təmir işləri yekunlaşıb
Siyasət

“Railway Supply”: Bakı-Tbilisi-Qars dəmir yolu xəttində təmir işləri yekunlaşıb

İnfrastrukturun genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan təmir və modernləşdirmə işləri başa çatdırılmışdır.

Bu barədə “Railway Supply” xəbər saytı məlumat yayıb. Əsas məqsəd Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni regionun əsas yük arteriyasına çevirməkdir. Bu layihə Çin və Mərkəzi Asiya ölkələrindən malların Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılmasını xeyli sürətləndirəcək. Bu marşrut üzrə tranzit yüklərin həcminin artmaqda davam etməsi də eyni dərəcədə vacibdir. Bir sözlə, Bakı-Tbilisi-Qars xəttinin Gürcüstan hissəsində yük daşımalarının bərpası təkcə Azərbaycan və Gürcüstan deyil, həm də bütün region üçün mühüm hadisədir, Şərqlə Qərb arasında ticarət-iqtisadi əlaqələrin inkişafına təkan verir.

Röya RÜSTƏMLİ,

“Respublika”.