“Anadolu Agentliyi”: Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb
Siyasət

“Anadolu Agentliyi”: Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb

“Anadolu Agentliyi” xəbər verir ki, Ankarada Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında təkbətək görüş olub. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti diqqətə çatdırılıb. Cevdet Yılmaz və Əli Əsədov Ankarada TOBB Qoşa Qüllələrində keçiriləcək Türkiyə-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

Töhfə SƏMƏDOVA,

“Respublika”.