Laçın Beynəlxalq Hava Limanı ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq
Digər xəbərlər

Laçın Beynəlxalq Hava Limanı ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq

"Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir". Bu fikirləri Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndənin təyini zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində bu hava limanı istismara veriləcək.

Qalib Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı vaxtında layiqli şəkildə təmin etmək üçün inamlı addımlar atır. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, dini-tarixi abidələrimizin təmir bərpası, yeni binaların, beynəlxalq hava limanlarının tikintisi, həqiqətən , bu ərazilərdə irimiqyaslı layihələrin icrasını təsdiqləmiş olur. Dövlət başçısının hər dəfə bölgəyə səfəri çərçivəsində görülən işlərlə tanışlıq, eləcə bu ərazilərin dirçəldilməsi məqsədilə yeni obyektlərin təməlinin qoyulması Qarabağda yeni, qaynar həyatın tamamilə bərqərar olacağına əminlik yaradır.

2020-ci il dekabrın 1- Laçın rayonu bir güllə atılmadan işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında həm hərbi-siyasi müstəvidə qazandığı qələbinin davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Onu da qeyd edək ki, 2022-ci ilin avqust ayının 26-da Laçın şəhəri, Zabux Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü. Həmin gün ölkə başçısı Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı.

İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən mühüm layihələrdən biri inşa edilən hava limanlarıdır. Cəmi 8 ayda hazır olan möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin oktyabrın 26-da, 2022-ci il oktyabrın 20- isə Zəngilan Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsindən sonra regionun strateji əhəmiyyətini artıran daha bir - Laçın Beynəlxalq Hava Limanının tikintisi isə davam etdirilir.

Laçında aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək turizm potensialının artırılmasına da geniş imkanlar açacaq. Laçın hava limanının inşası həm işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da öz töhfəsini verəcək. Sözügedən hava limanını fərqləndirən digər bir məqam isə onun Azərbaycanın dəniz səviyyəsindən çox yüksəkdə yerləşməsidir.

Laçın hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometrdir. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir saatda 200 sərnişinə xidmət edəcək. Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyilə güclü siyasi iradənin olduğunu sübut edir.

Laçın Beynəlxalq Hava Limanının əhəmiyyəti ölkəmiz region üçün yükdaşımaların asanlaşmasında da olduqca mühüm yer tutacaq. Xüsusilə istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına imkan yaradacaq.

Müşfiq MİRZƏ,

"Respublika".