İyunun 7-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 340 doza vaksin vurulub
Səhiyyə

İyunun 7-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 340 doza vaksin vurulub

İyunun 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 340 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı  226, üç və daha çox doza vaksinlərin sayı 1588, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 193-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 736 min 177, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 349 min 659, ikinci mərhələ üzrə 4 milyon 850 min 191, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 289 min 483, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 246 min 844-dür.

AZƏRTAC