İstanbulda
Digər xəbərlər

İstanbulda "Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu" keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının tərəfdaşlığı, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı "Qarabağdan Anadoluya: Gənclərin İstanbul Forumu" keçirilib. Forum Qarabağ savaşında şəhid olanların Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan Türkiyənin dövlət himnləri səsləndirilib.

Forumu giriş sözü ilə açan layihə rəhbəri Aqil Ələsgər İkinci Qarabağ müharibəsində olduğu kimi, "Əsrin fəlakəti" adlandırılan zəlzələ zamanı da Azərbaycan ilə Türkiyənin bütün dünyaya birlik nümayiş etdirdiklərini vurğulayıb.

Forumda Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Şimali Kipr Türk Respublikasının (ŞKTR) deputatı Həsən Küçük, Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu da çıxış edərək forumun əhəmiyyətinə diqqət çəkiblər.

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə Türkiyədə baş verən zəlzələni əsrin dəhşətli faciəsi adlandırıb, zəlzələnin baş verdiyi gündən Azərbaycan dövləti xalqının səfərbər olduğunu vurğulayıb: "Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupu zəlzələ bölgələrinə gəldi. Daha sonra generator, qızdırıcılar, çadırlar, qida ərzaqdan ibarət yardımlar hava quru yolla əraziyə göndərildi. Azərbaycanın dörd bir tərəfindən xalq Türkiyədəki qardaşları üçün yardım kampaniyaları başlatdılar. Birlik bərabərliklə bu çətinliyin öhdəsindən gələcəyik zəlzələnin yaralarını birlikdə sağaldacağıq".

Gücümüzü birliyimizdən alırıq deyən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım belə forumların böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Şimali Kipr Türk Respublikasının millət vəkili Həsən Küçük isə gələcəkdə "Qarabağdan Anadoluya Anadoludan Kiprə" mövzusunda Şimali Kipr Türk Respublikasında forum keçirilməsini təklif edib.

Protokol çıxışlarından sonra "Anadoludan Qarabağa: Media Paneli" "Qarabağdan Anadoluya Gənclər Paneli" təşkil edilib.

Forumun sonunda həmrəylik rəmzi olaraq plaketlər təqdim edilib.

Esmira ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.