İNKİŞAF VƏ YÜKSƏLİŞƏ APARAN YOL
Siyasət

İNKİŞAF VƏ YÜKSƏLİŞƏ APARAN YOL

Dünya yaranandan bəri, mövcud olmuş xalqlar dövlətlər öz tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duymuşdur. Sözün əsl mənasında, dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında şəxsiyyətlərin böyük rolu olub. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. "Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq firavanlıq içində yaşaması üçün çox işlər görmüşdü.

Əsl vətəndaş, tarixi şəxsiyyət ümummilli lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası rəhbərlik etmək istedadı, uzaqgörənliyi nüfuzu ilə bütün dünyanı heyran qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. O, öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Azərbaycanda müasir demokratik, hüquqi dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndərin adı ilə bağlıdır.

Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat elmdə, təhsil, mədəniyyət səhiyyədə, eləcə ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir.

Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü tariximizə siyasi, sosial-iqtisadi mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək həyata keçirmək yolunda əsas istinad mənbəyi olmuşdur. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur.

Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət real nəticələr vermiş, Azərbaycan multikulturalizminin tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində əməli addımlar atılmışdır.

İslama, dini-mənəvi dəyərlərə önəm verən ulu öndər, böyük siyasi xadim Heydər Əliyev 1994- ilin iyul ayında Ümrə səfəri zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə keçirdiyi görüşündə söyləmişdir:

"Qurani-Şərifin" bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa dəvət edən tələblərdir. "Qurani-Kərim"in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir".

Bildirmək lazımdır ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan: "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm", - söyləyən cənab İlham Əliyev "Azərbaycan gələcəkdə çox zəngin qüdrətli ölkəyə çevriləcəkdir" vədini doğrultdu.

Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə ümummilli lider Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözlərinin əməli nəticəsi kimi diqqət çəkir.

44 günlük Vətən müharibəsində haqq-ədalət Zəfər çaldı. Bu Qələbəmizdə dünya azərbaycanlılarının rolu inkaredilməzdir. Döyüş meydanında üstünlüyümüzə əsas yaradan diplomatik qələbəmizdə dünya azərbaycanlılarının da öz payı vardır. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında Zəfərimizdə öz sözünü dedi. Məhz bu qürur dünya azərbaycanlılarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirərək Zəfər Qurultayını keçirmələrini şərtləndirdi.

Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

Teymur MƏMMƏDOV,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Məhkəmə

Ekspertizası Mərkəzinin əməkdaşı.