Bakıda keçirilən beynəlxalq konfransda yaşıl iqtisadiyyatda milli parlamentlərin rolu müzakirə edilib
Siyasət

Bakıda keçirilən beynəlxalq konfransda yaşıl iqtisadiyyatda milli parlamentlərin rolu müzakirə edilib

Mayın 22- Milli Məclisin ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in 27 müxtəlif ölkəsindən 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin toplantıya qatıldığını söyləyib.

O milli iqtisadiyyatlarda "yaşıl" prinsiplərin həyata keçirilməsində parlamentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ATƏT regionunda daha ədalətli, davamlı təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər atılacaq addımlar nəzərdən keçirilməlidir. Azay Quliyev milli parlamentlərin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən bu toplantıda dayanıqlı inkişafın təmin edilməsi üçün "yaşıl" iqtisadiyyat modelinin tətbiqi istiqamətində səsləndiriləcək ideyaların önəmli olduğunu deyib. O, tədbirin hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi ekoloji təhlükəsizlik problemlərinin effektiv şəkildə həlli üçün yolların müəyyən olunmasına töhfə verəcəyinə inamını ifadə edib.

Diqqətə çatdırılıb ki, bölgəmiz üçün daha davamlı, daha ədalətli daha təhlükəsiz gələcəyin təmin edilməsi baxımından qarşılıqlı hörmət etimad üzərində əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Sonra konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, ölkələrimiz bütövlükdə ATƏT bölgəsi üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək üçün bir çox parlamentarinin bir araya gəlməsi təqdirəlayiqdir. Milli Məclisin sədri qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub.

Bu məsələlərə qısa şəkildə münasibətini açıqlayan Sahibə Qafarovanın sözlərinə görə, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm yeni iqtisadi perspektivlər yaradacaq. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. İnklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit davamlı etmək olar.

Milli Məclisin sədri qeyd edib ki, bu Azərbaycanın gündəmində mühüm yer tutur. Təmiz ətraf mühit yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətindən biri kimi müəyyən edilib. Son illərdə bərpaolunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edib. Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpaolunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi Orta Dəhlizdə əsas beynəlxalq nəqliyyat-logistika qovşaqlarından birinə çevirib. Nəqliyyat prosedurlarının sadələşdirilməsi, milli beynəlxalq hüquqi müddəalardakı boşluqların çatışmazlıqların aradan qaldırılması kimi praktik tədbirlərin görülməsi dəhliz boyunca ticarət əlaqələrini biznes fəaliyyətini daha da genişləndirəcək.

Sonra konfransın açılış mərasimində ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella çıxış ediblər.

Onlar tədbirin ATƏT regionunda ətraf mühitin mühafizəsi problemlərinin aradan qaldırılmasına, ekoloji böhran şəraitində milli iqtisadiyyatların dayanıqlı inkişafının təmin edilməsinə, sabitliyin qorunmasına töhfə verəcəyinə əminliklərini bildiriblər. Konfransda iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, regional təhlükəsizliyə sabitliyə mənfi təsirindən söhbət açılıb, insan fəaliyyətinin ətraf mühitə təsiri, təbii sərvətlərin istismarının ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib. Habelə, COVID-19 pandemiyasının yaratdığı problemlərin, regional münaqişələrin iqtisadi ekoloji baxımdan ciddi təhlükə doğurduğu deyilib.

Natiqlər yaşıl iqtisadiyyatın qlobal yerli səviyyədə sosial-iqtisadi tərəqqinin ətraf mühitin mühafizəsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Ekoloji təhlükəsizliyin təmin olunması ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiq edilməsinin önəmli olduğu vurğulanıb. Onlar alternativ qeyri-ənənəvi vasitələrlə enerji mənbələrindən yararlanmağın həlli yollarının müəyyənləşdirilməsinin, bu sahədə potensial imkanlardan daha geniş istifadə etməyin zəruriliyini qeyd ediblər.

Sonra tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.

Konfrans öz işini panellərdə davam etdirib.

"Dayanıqlı inkişaf iqtisadiyyatın bərpasında yaşıl konsepsiya texnologiyaların rolu" mövzusuna həsr olunmuş birinci paneli açan moderator, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya ətraf mühit üzrə baş komitəsinin məruzəçisi Qudrun Kuqler (Avstriya) tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Mövzu ilə bağlı fikirlərini bölüşən moderator yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan, bu keçidin müasir texnologiyaların yüksək həyat standartlarının tətbiqinə təkan verməsindən bəhs edib.

Çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Elnur Soltanov müzakirə olunan mövzu ilə bağlı Azərbaycanda görülən işlərdən danışıblar.

Sonra paneldə Litva Seyminin vitse-spikeri Jonas Jarutis, Kanada nümayəndə heyətinin üzvü Con Aldaq, ATƏT PA-da Albaniya nümayəndə heyətinin rəhbəri Damian Qciknuri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış ediblər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

"Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi" mövzusuna həsr edilmiş ikinci panelə ATƏT PA-nın vitse-prezidenti davamlı inkişaf üzrə xüsusi nümayəndə Askar Şakirov (Qazaxıstan) moderatorluq edib.

Askar Şakirov giriş nitqində qlobal təbii humanitar fəlakətlərin dünya iqtisadiyyatını ekologiyasını ciddi tənəzzülə uğratmasından söz açıb, bunların qarşısının alınması üçün dövlətlərin birgə səylərinin əhəmiyyətindən danışıb.

Sonra Gürcüstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Maka Botçorişvili, İtaliyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Mauro Del Barba, BMT-nin Azərbaycandakı rezident-əlaqələndirici ofisinin iqtisadçısı Xurşid Rüstəmov, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov çıxış ediblər, yaşıl iqtisadiyyatın beynəlxalq nəqliyyat logistikadakı yeri, onun bu sahədə əməkdaşlığın genişləndirməsinə təsirlərindən danışıblar.

Panellərdə iştirakçıların mövzu ilə bağlı şərhləri dinlənilib, sualları cavablandırılıb.

Konfransda onun panellərinin işində Milli Məclisin deputatları, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Ülviyyə Ağayeva, Əminə Ağazadə, Tural Gəncəliyev, Tahir Mirkişili, Ağalar Vəliyev, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, ATƏT PA-ya üzv dövlətlərin beynəlxalq təşkilatların nümayəndələri digər rəsmi şəxslər iştirak ediblər.