Reklam və elanlar

"İmişli Avtonəqliyyat" ASC Mühasibat balansı

Müstəqil Auditorun Hesabatı "İmişli Avtonəqliyyat" ASC-nin sədri cənab Z.İsmayılova

Rəy

Mən "İmişli Avtonəqliyyat" ASC-nin (bundan sonra Cəmiyyət) 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərərlər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apamışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə ğörə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyətdən ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativi olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin İdarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər, Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyə tdaşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-a uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

"RM Audit" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru - Audit Partnyoru Mirzəyev Rasət Abasət oğlu

Bakı ş., Azərbaycan Respublikası, 01 fevral 2022-ci il.