ELAN
Reklam və elanlar

ELAN

Azərbaycan Dövlət Neft Sənaye Universiteti fəlsəfə doktoru elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir

Fəlsəfə elmlər doktoru proqramları üzrə doktoranturaya (dissertanturaya) sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya (dissertanturaya) sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə sənədlərin qəbulu 12 aprel 2023- il tarixindən 16 may 2023- il tarixinədək aparılacaqdır.

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən şəxslər "Xarici dil" imtahanına buraxılacaqlar. "Xarici dil" imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) 11 iyun 2023- il tarixində keçiriləcəkdir. Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər üçün "Fəlsəfə" fənni üzrə imtahan 4, 5, 6 sentyabr 2023- il tarixlərində, ixtisas imtahanı isə 11, 12, 13 sentyabr 2023- il tarixlərində keçirilməsi planlaşdırılmışdır.

Portal.edu.az saytına daxil olmazdan əvvəl asoiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmaq tövsiyə olunur.

Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər ADNSU-nun "Doktorantura" şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, tel: (012)493-46-24) müraciət edə bilərlər.

REKTORLUQ