“Heydər Əliyev İli” çərçivəsində “Bir Əsrin İZində” layihəsinə start verilib
Digər xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində “Bir Əsrin İZində” layihəsinə start verilib

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Ümumilli lider Heydər Əliyev irsinin gənclərə aşılanması məqsədi ilə Heydər Əliyev irsi ilə bağlı olan və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə Azərbaycan Könüllülərinin iştirakı ilə ekskursiyalar təşkil olunacaq. 10 iyun bu barədə AKTİ-nin məlumatında bildirilir.

Layihə üzrə ilkin mərhələdə bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər olub. Ümumilikdə 40 nəfərdən ibarət könüllünün iştirakı ilə həyata keçirilən səfər zamanı ilk olaraq görüş keçirilib və Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş olunub. Daha sonra məsul şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə könüllülər təlimatlandırılıb. Görüş zamanı Bakı Limanı ilə əlaqədar ətraflı məlumat verildikdən sonra könüllülərimiz liman ərazisini gəzərək, Əsas Yük, Bərə və Ro-Ro terminalları ilə yaxından tanış olublar.

Sonda isə Azərbaycan Könüllülərinin iştirakı ilə Dəniz Limanı (Port of Baku - Bakı Limanı) ərazisində zeytun ağacları əkilib.

“Respublika”.