“Gələcək üçün kodlaşdır
Digər xəbərlər

“Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırılıb

Azercell-in dəstəyi Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən yarışmada 400-ə yaxın tələbə iştirak edib

Kommunikasiya, innovasiyalar texnologiyalar sahələrini əhatə edən yarışmanın nəticələri mart ayının 15-i Azərbaycan-Fransız Universitetində baş tutan təltifetmə mərasimində açıqlanıb. Ümumilikdə, ölkənin 17 təhsil ocağında təhsil alan 400-ə yaxın tələbənin müraciət etdiyi hakatonun final mərhələsində 30 komanda yarışmaq imkanı əldə etdi.

Müsabiqə boyunca iştirakçıları Azercell UFAZ-ın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşdülər. Komandalar 48 saat ərzində "korporativ bazar həlli", "xərclərin idarə edilməsi həlli", "oyun funksiyalı həll", "rəqəmsal aktiv bazar həlli" "istedadların satışı həlli" mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışıblar.

Münsiflər heyətinin qərarı ilə 1-ci yerə "3leet", 2-ci yerə "Perihelion", 3- yerə isə "Optimum" komandası layiq görülüb. Qeyd edək ki, komandalar təqdim etdiyi texniki biznes təqdimatlara əsasən dəyərləndirilib. Qaliblər müvafiq olaraq 3000, 2000 1000 AZN dəyərində pul mükafatları Azercell-in xüsusi hədiyyələri ilə təltif olunublar.

Ülvi QARAYEV,

Respublika”.