Ermənistanın puç olan arzusu
Siyasət

Ermənistanın puç olan arzusu

Dövlətimizin beynəlxalq hüquq çərçivəsində milli maraqlara xidmət edən xarici siyasəti Azərbaycana təkcə regionda deyil, eləcə bütün dünyada nüfuz qazandırmışdır. Təsadüfi deyil ki, ölkəmizin qlobal əhəmiyyət kəsb edən layihələrdə fəal yer alması, hər zaman barış təhlükəsizlik istiqamətində çağırışlar etməsi dövlətimizin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi ilə nəticələnmişdir. Azərbaycanın hətta üzv olmadığı təşkilatlardakı nüfuzu respublikamıza olan etimadın göstəricidir.

Bu qurumlardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Əsası 1992-ci ilin may ayında qoyulan quruma Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Tacikistan Ermənistan daxildir. Təşkilatın nizamnaməsinə əsasən üzv ölkələrin hər hansı başqa bir hərbi ittifaqa ya ölkə qruplarına qoşulması qadağandır. Bundan başqa, sözügedən dövlətlərdən hansısa birinə qarşı yaranan təhlükə təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. Nizamnaməyə uyğun olaraq qurumun əsas məramı təhlükəsizliyi təmin etmək, dövlətləri sülhə səsləməkdir. Regionda sülhü təhdid edən Ermənistanın bu təşkilatda iştirakı gülünc doğurur. Şübhəsiz, KTMT- üzv olan dövlətlər xain Ermənistanın məkrli planlarından xəbərdardırlar. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsi dövründə KTMT-nin tərkibində olan ölkələrin bəziləri məhz Azərbaycana dəstək oldu. Xatırladaq ki, postmüharibə dövründə Ermənistanın KTMT-ni özünün təcavüzkarlıq siyasətinə ortaq etmək cəhdləri fiaskoya uğramışdı. Çünki təşkilatda təmsil olunan dövlətlər xain düşmənin bu təklifini rədd etmişdilər. Hələ İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın Baş naziri müxtəlif ölkələrin ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinə telefonla zəng edərək yardım "dilənməklə" məşğul idi. Amma düşmənin bu xəyalı da suya düşdü. Çünki təxribatlar törədən Ermənistanın istədiyi köməyin hər hansı bir hüquqi əsası yox idi. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən Qırğızıstan, Qazaxıstan Belarusun Azərbaycanı İkinci Qarabağ müharibəsində qələbə qazanması münasibətilə təbrik etməsi onların ölkəmizə dəstəyi dövlətimizin nüfuzunu bir daha təsdiqləmişdir. Üzv ölkələr Ermənistanla uzun müddət bir təşkilatda təmsil olunmalarına baxmayaraq, Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi qəbul etmişdilər. Görünür, Ermənistanın məkrli siyasəti təşkilatdakı "nüfuzuna" da xələl gətirmişdir.

Qeyd edək ki, həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm müharibənin gedişatında Ermənistan rəhbərliyi dəfələrlə KTMT-dən dəstək alacağını iddia edirdi. Hətta bunlar kifayət deyilmiş kimi, düşmən təşkilatda Azərbaycan əleyhinə qərarların qəbul ediləcəyi barədə açıqlamalar da verirdi. Nəticədə İrəvanın bu vədlərinin xülyadan başqa bir şey olmadığı təsdiqləndi. Bütün bunlar isə dövlət başçımızın yürütdüyü uğurlu xarici siyasətin, mükəmməl diplomatiyanın bəhrəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".