Energetika naziri Zaqatalada
Sosial həyat

Energetika naziri Zaqatalada

Energetika naziri Pərviz Şahbazov dekabrın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən qəzetimizə bildirilib ki, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların fərdi yaşayış evinin elektrik enerjisi təchizatı, smeta, texniki şərtin verilməsi, elektrik xətlərinin istismar vəziyyəti və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlar iştirak ediblər.      

Emin QASIMOV,

“Respublika”.