Ekofəalların haqq mübarizəsi davam edir
Digər xəbərlər

Ekofəalların haqq mübarizəsi davam edir

Azərbaycanın bərəkətli torpaqları, yeraltı yerüstü təbii sərvətləri ətraf ölkələr qonşularımıza da məlumdur. Təsadüfi deyil ki, xarici ölkələrlə Azərbaycan arasında bağlanan müxtəlif strateji tərəfdaşlıq müqavilələri, neft-qaz resurslarının xaricə ixrac edilməsi s. buna əyani nümunədir. Ölkəmiz bu gün dünyada etibarlı tərəfdaşdır. Siyasi arenada Azərbaycanın öz yeri, çəkisi var. Atılan strateji addımlar da bunu təsdiq edir. Lakin bəzi mənfur düşmənlər ölkəmizin artan nüfuzundan narahat olur, onun beynəlxalq aləmdəki yerini, gücünü sarsıtmağa çalışır.

Bu siyahıda başda gələn ölkələrdən biri elə illərdir dədə-baba torpaqlarımızda, sözün əsl mənasında, at oynatmış Ermənistandır. Doğma yurdumuzda etdiyi vandalizmlə yanaşı, təbii sərvətlərimizin istismar edilməsi necə deyərlər, səbir kasasına tökülən son damla idi. Buna əsasən , Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda 114 gündür ki, dinc aksiya keçirilir. Ekofəallar hava şəraitinin necəliyindən asılı olmayaraq öz haqlı mübarizələrindən geri dönmür tələbləri yerinə yetirilməyənə qədər dönməyəcəklər. Tələblər isə bundan ibarətdir: Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Gənclər hər gün səhərlərini Azərbaycanın Dövlət Himni ilə açır, vətənpərvərlik ruhunda yazılmış mahnılarla günlərini başa vururlar. Həmçinin onlar gün boyu 3 dildə, Azərbaycan, rus ingilis dillərində şüarlar səsləndirirlər: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!".

Azərbaycan gəncliyinin yorulmadan öz torpaqları, haqq hüquqları uğrunda apardıqları bu mübarizə onların gücünü bir daha sübut etdi. Zəfər qələbəmiz zamanı olduğu kimi, Azərbaycan gəncliyinin dözümlülüyü öz əksini tapdı: "O gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir". Bu sözləri öz müsahibəsində Prezident İlham Əliyev bildirib. O, Azərbaycan gəncliyini yüksək səviyyədə dəyərləndirdiyini deyib: "Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar. Öz haqlarını tələb edirlər bir Azərbaycan gəncinin qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Bununla yanaşı, gürcüstanlı politoloq da dinc aksiyaya dəstəyini bildirib: "Mən sıravi bir Gürcüstan vətəndaşı olaraq, Azərbaycan ərazilərindəki vəziyyətdən olduqca narahatam. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Xankəndi-Laçın yolunda ekoloji fəalların keçirdikləri aksiya olduqca haqlı aksiyadır. Bu ərazilər Azərbaycan ərazisidir buradakı təbii sərvətləri heç kim mənimsəyə bilməz. ermənilər, ki rusiyalı oliqarxlar. Mən aksiyanı dəstəkləyirəm davam etməsinin tərəfdarıyam. Bütün dünyaya ermənilərin Azərbaycan ərazilərindəki təbii sərvətləri oğurladıqlarını göstərmək onları cəzalandırmaq lazımdır".

Qeyd edək ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət, İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna əsasən , dekabrın 12-dən etibarən dinc aksiya başlayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".