Dünyanın yeni çağırışları: Azərbaycan Avropanın qaz təchizatındakı payını artıracaq
Siyasət

Dünyanın yeni çağırışları: Azərbaycan Avropanın qaz təchizatındakı payını artıracaq

"Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni 1994- ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına əsasən İtaliyaya neft ixrac edən ölkəyə çevrildik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabrında İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib.

Dövlət başçısı həmçinin deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişməyi bacardıq".

Dünyanın ən qədim neft istehsalçılarından olan Azərbaycan neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin edib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra ölkəmizin enerji təchizatı coğrafiyası nəhəng Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsi Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənmişdir. İndi Azərbaycan təhlükəsiz etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir. Ərazisi əhalisinin sayına, iqtisadi göstəricilərinə görə Avropanın bir çox dövlətlərindən geri qalan Azərbaycan bu gün inkişaf etmiş əksər Qərb ölkələrini düşdükləri çətin durumdan çıxarmaq gücünə malikdir. Enerji təhlükəsizliyini təmin etmək istəyən o ölkələr çarəni Bakıda axtarırlar.

2022-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu sahədə yeni səhifə açdı. Dövlət başçımızın əsas qonaq qismində dəvət olunduğu Yunanıstan-Bolqarıstan-Qaz İnterkonnektoru layihəsinin açılış mərasimi Rusiya ilə ciddi enerji böhranı yaşayan Avropa İttifaqı dövlətləri üçün "yeni ümid imkanlar" kimi təqdim edilir. Hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə heç təsadüfi deyil. Bu vaxtadək Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, ölkəmiz uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya Avropa bazarlarına ixrac edir, bundan sonra isə qaz hasilatını artırmağı öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür, bu hədəflərə çatmaq üçün Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi milli maraqlarımıza tamamilə cavab verir. Azərbaycan təşəbbüsçüsü iştirakçısı olduğu enerji layihələri ilə ölkələri xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyev noyabrın 25- Bakıda, ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasi, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda qeyd etdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var bu, bizim iqtisadi inkişafımızın əsas amillərindəndir. Nəhəng ixrac infrastrukturuna malik olan, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin təşəbbüskarı aparıcı qüvvəsi məhz Azərbaycandır. Bu gün ölkəmizdən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya İtaliyaya "mavi yanacaq" ixrac edilir. Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri ilə çatdırılır. Türkiyə Azərbaycan qazını Bakı-Tbilisi-Ərzurum kəməri TANAP-la alır. Avropaya isə ölkəmizdən qaz nəqlinə 2020-ci il dekabrın 31- Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın işə düşməsilə başlanılıb. Bu gün dünyada yeni çağırışlarla əlaqədar olaraq Azərbaycan qazına tələbat artır.

Azərbaycan yaxın zamanlarda yalnız neft qaz deyil, eyni zamanda elektrik enerjisi ixracatçısı kimi tanınacaq. Müasir dövrün əsas tələbləri sırasında bərpaolunan enerji növlərinə investisiyaların yatırılması mühüm yer tutur. Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, ölkəmizdəki nəhəng potensialdan istifadə etmək üçün vaxt yetişib. Qarabağ Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlil aparılıb. Günəş külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə dünyada ikincidir. Belə əminlik ifadə edilir ki, enerji şirkətləri nəhəng külək potensialına malik Kəlbəcər, Laçın ölkəmizin ən günəşli yerlərindən biri olan Cəbrayıla da nəzər yetirəcəklər. Bu istiqamətdə isə artıq işlərə start verilib. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" BƏƏ-nin "Masdar" şirkətləri ilə müəyyən müqavilələr bağlanılıb bərpaolunan enerji istehsalı üçün elektrik stansiyalarının tikintisinə başlanılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bir çox media orqanlarının da diqqətindədir. Fransanın "La Gazette" xəbər portalı bildirir ki, Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısıdır tezliklə elektrik təchizatçısına da çevriləcək. İndi daha çox ölkə qaz almaq artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur. Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir.

Enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi qaydada əlavələr edir. Azərbaycanın malik olduğu nəhəng enerji resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır. Bütün bunlar isə ölkəmizin Avropanın qaz təchizatındakı payını 2 faizdən 15 faizə qaldırmaq istəyini reallığa çevirir.

Zümrüd QURBANQIZI,

"Respublika".