Sözümüz imzamızdır
Siyasət

Sözümüz imzamızdır

23 aprel 2023- il tarixi ermənilərin Qarabağla bağlı planlarının puça çıxdığı atıldığı təqvimdir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazansaq da, suveren ərazilərimizdə separatçılar hələ qalmaqdadır. Aprelin 23- ermənilərin bütün oyunları pozuldu. Həmin gün "Laçın dəhlizi" məsələsi praktiki olaraq sıradan çıxarıldı ermənilərin hazırda yaşadığı Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasına doğru həlledici addımlar atıldı. Azərbaycan dövləti xalqı ermənilərin "çıxış yolu" kimi gördükləri "Laçın dəhlizi" anlayışını ləğv etdi.

Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan prinsipial siyasətinin nəticəsidir. Azərbaycan Prezidentinin strateji addımlarını nəzərdən keçirəndə bunu daha aydın görmək olur. Belə ki, Ermənistan "Laçın dəhlizi"nin 20 kilometr enində olmasını istəyirdi. Onlar bu istəkləri ilə "Qarabağ iddiası" saxlamağa çalışırdılar. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatik müstəvidə barışmaz sərt mövqeyi ilə qələbə qazandı. Dövlət başçısının uğurlu siyasəti nəticəsində sözügedən dəhlizin 5 kilometr enində olmasına nail olduq. Həmçinin 3 il müddətində yeni yolun istifadəyə verilməsi Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəaları da 10 noyabr Bəyanatında əks olundu. Azərbaycan bu yolu 3 ilə yox, bir il yarıma inşa etdi sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıq yaratdı: Laçın Azərbaycana qaytarıldı ordumuz Ermənistanla sərhədə çıxdı, ekofəalların aksiyası ilə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quruldu   Laçın yoluna vizual nəzarət artırıldı. Cənab İlham Əliyev ötən ilin avqust ayında İsmayıllının Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı məhz bu barədə danışmışdı: "...10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək üç il ərzində bu yolun planlaşdırılması razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü bu danışıqlarda fəal iştirak edirdi, - mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı".

Azərbaycan tələblərində haqlıdır. Qarabağda qanunsuz məskunlaşan ermənilərin orada qalması cinayət əməlidir. Çünki bütün bunlar Cenevrə konvensiyasının müddəalarına ziddir. Bu hadisələrin nəticələrindən aydın görünür ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir. Qarabağda məskunlaşan ermənilər başa düşməlidirlər ki, ancaq Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar burada yaşaya bilərlər. Bunu dövlət başçısı çıxışlarında da vurğulayıb. Xatırladaq ki, reinteqrasiya məsələsi ilə bağlı Qarabağdakı ermənilərlə Xocalıda görüş keçirildi. Daha sonra növbəti danışıqların aparılması üçün onlar Bakıya dəvət olunsalar da, gəlmədilər. Lakin cənab Prezident bildirdi ki, reinteqrasiya məsələsi üçün ermənilərə üçüncü çağırış olunmayacaq. Əslində bu, onların öz gələcəyinə sərf edən məsələdir.

Bundan əlavə qeyd edək ki, 2011-ci ildə cənab Prezident İlham Əliyev Ağcabədinin Taxtakörpü ərazisində laçınlılarla görüşündə onlar üçün tikilən yaşayış məntəqələrində olub söhbət etmişdi. 12 il bundan əvvəl İlham Əliyev laçınlılarla görüşü zamanı da bildirmişdi ki, məcburi köçkünlər üçün tikilən yaşayış məntəqələri müvəqqətidir: "... Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik. Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq".

Beləliklə, İlham Əliyev müəllifi olduğu "Sözümüz imzamızdır" ifadəsini bir daha təsdiq etmiş oldu.

Nuranə DAXİLQIZI,

"Respublika".