Dekabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə 429 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə 429 doza vaksin vurulub

Dekabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 429 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 168, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 930 min 685, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 663, ikinci mərhələ üzrə 4 milyon 875 min 502, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 945, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 575-dir.          

 

Azərbaycanda daha 90 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 641 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 516 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 82, indiyə qədər isə ümumilikdə 7 milyon 425 min 687 test icra olunub.