Digər xəbərlər

"Buta Airways" aviaşirkəti Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Ufa şəhərinə və geriyə uçuşları bərpa edir. Aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan  Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Aviaşirkət 15 iyundan isə etibarən  isə həftədə iki dəfə olmaqla  Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Buta Airways"  aviaşirkətinin Rusiya şəhərlərinə  planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin www.butaairways.az rəsmi saytında satışdadır.

Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran

sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında https://www.butaairways.az/az/covid/russia. saytında tanış olmaq olar.

Azərbaycana giriş qaydaları https://www.butaairways.az/az/covid/azerbaijan. keçiddə göstərilib.

"Buta Airways"  aviaşirkətinin mətbuat xidməti.