Azərbaycanın hərbi-siyasi qələbəsi: LAÇIN
Digər xəbərlər

Azərbaycanın hərbi-siyasi qələbəsi: LAÇIN

Bölgədə gedən sürətli quruculuq işləri yurda dönüşümüzü daha da yaxınlaşdırır

Dövlət başçısı İlham Əliyev  Salyan şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən zaman Laçın rayonu ilə bağlı bir sıra məsələlərə fikir bildirib:  "Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux Sus kəndlərində işlər gedir. O kəndlərə biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq".

Laçın rayonu Azərbaycan-Ermənistan şərti sərhəd zonasında yerləşən, strateji cəhətdən çox önəmli bir rayondur. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunan Laçın 44 günlük Vətən müharibəsinin nəticələrinə görə hərbi siyasi yolla geri qaytarıldı. Hazırda dövlət başçısının söylədiyi kimi, bu rayonda sürətlə abadlıq-quruculuq işləri davam edir yaxın müddət ərzində yenidən soydaşlarımızın yaşayış məskəninə çevriləcək. Müasir standartlara cavab verən quruculuq işlərinin həyata keçirilməsində xarici ölkələrin kənd şəhərsalma arxitekturası tədbiq olunur.

5 fevral 2021-ci il tarixində Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasını işə saldı. Qeyd olunan su elektrik stansiyası əlavə olaraq Qubadlı rayonunun Xanlıq kəndini Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərə tez-tez səfər edən Prezident İlham Əliyev bir sıra meqalayihələrin açılışında şəxsən özü iştirak edir. Erməni vandalları bu ərazilərdə daşı-daş üstə qoymasalar da, çox qısa zaman ərzində güclü iqtisadiyyatı hesabına Azərbaycan dövləti heç bir yardım almadan möhtəşəm layihələrə imza atır. Laçın rayonunun relyefinin mürəkkəb olmasına rəğmən, Beynəlxalq Hava Limanının tikintisi digər heyrət doğurucu məqamlardandır. 16 avqust 2021-ci il tarixində ölkə rəhbəri tərəfindən təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024- ildə tamamlanması nəzərdə tutulur. İnşası çətinliklər hesabına başa gəlsə rayonun təbiətini nəzərə alsaq gələcəkdə Şərqi Zəngəzur coğrafi rayonunun turizm potensialının inkişafına böyük töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Hava limanının üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Qarabağın incisi Şuşa şəhərinə məsafə 70 kilometrə yaxındır.

Laçın yolu ilə bərabər Zabux Sus kəndlərinin nəzarətə götürülməsilə Qayıdış konsepsiyasına uyğun olaraq soydaşlarımızın bu ərazilərə geri qayıtması əsas hədəflərdən biri olmuşdur. Prezident İlham Əliyevin Zabux Sus kəndlərinin layihələndirilməsi tikintisi işləri ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamda Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq səkkiz yüz min manat, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsindən Elm Təhsil Nazirliyinə isə ilkin olaraq 300 min manat ayrılmışdır.

Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan  bu ərazilərdə gedən sürətli inkişafa düşmənlərimiz şahid olurlar. Elə bunu həzm edə bilmədiklərinin nəticəsidir ki, aprel ayında ermənilər növbəti təxribatı törətdilər. Bu təxribatın törədilməsinin  əsas mahiyyətlərindən biri dədə-baba yurdlarına geri qayıdacaq sakinləmizin əzmini qıraraq qayıdışlarını əngəlləməkdir. Ancaq düşmənin regionda qəbul etməli olduğu əsas reallıqlardan birinci odur ki, Azərbaycan 30 il əvvəlki kimi gücsüz zəif deyil. Laçına qayıdacaq sakinlər öz Ordusunun gücünə arxalanıb yenidən bu ərazilərdə yaşayıb yaradacaqlar.

M.BAĞIRLI,

"Respublika".