Bələdiyyə sədri saxlanılıb
Digər xəbərlər

Bələdiyyə sədri saxlanılıb

Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Respublika-news.az xəbər verir ki, Xaçmaz rayon prokurorluğundan verilən məlumaga görə, raşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil  etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Nəzrin CAVADZADƏ,

“Respublika”.