Bədii gimnastlarımız Polşada iki medal qazanıblar
İdman

Bədii gimnastlarımız Polşada iki medal qazanıblar

Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq "XIV Inna Cup" turnirində iki medal qazanıblar.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub.

İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.

AZƏRTAC