Bayraqların yandırılması etnik nifrətin təzahürüdür
Digər xəbərlər

Bayraqların yandırılması etnik nifrətin təzahürüdür

Milli bayraqların yandırılması beynəlxalq hüquq normalarına ziddir bütün dövlətlər tərəfindən birmənalı olaraq qınanılmalıdır. Bu hərəkət milli, etnik mənəvi dəyərlərin aşağılanması humanitar hüquqların kəskin şəkildə pozulması aktıdır. Beynəlxalq məkanda bu cür hadisələrə ciddi cinayət kimi baxılır cəzalar tətbiq edilir. Lakin dünya güc mərkəzlərinin ikili standartları bu çərçivədən kənara çıxaraq ədalət müstəvisində etnik milli dəyərlərə lazımi qiymət verməyərək cəmiyyətdə fikir ayrılıqlarına aqressiyaya səbəb olurlar. Bayraq milli cəmiyyətin simvoludur milli mənəviyyatı təmsil edir. Bu səbəbdən, milli bayraqların yandırılması milli mənəviyyatın aşağılanması kimi dəyərləndirilməlidir.

Son zamanlar bəzi Avropa ölkələrində Quranın türk bayraqlarının yandırılması aktı Danimarkada növbəti dəfə təkrarlanıb. Hər hansı bir cəmiyyətin suverenlik müstəqillik rəmzi olan bayrağına ya müqəddəs dəyərlərinə bu cür davranışlar yolverilməzdir. Bu cinayəti törədənlərin cəzalandırılması üçün tədbirlər görülməsi müasir sivil davranışın zərurəti kimi qəbul edilməlidir.

Milli, etnik mənəvi dəyərlərə ehtiramla yanaşmaq, bir xalqın ümummilli dəyərlərinə hörmət etmək qədim tarixdən bəri türk millətinə xas xüsusiyyətlərdən biridir. Xatırladaq ki, 9 sentyabr 1922-ci ildə Mustafa Kamal Atatürkün böyük bir heyətlə ordunun müşayiəti ilə İzmirə daxil olması yunan əsgərlərinin İzmirdən tamamən təmizlənməsi demək idi. Atatürk İzmirin Karşıyaka bölgəsində inzibati bir binaya daxil olarkən girişdə yerə sərilmiş yunan bayraqlarını görəndə təəccüblənir bunun demək olduğunu soruşur. Bildirirlər ki, yunan kralı bu evə girərkən hər gün ayaqqabılarını türk bayrağına silərmiş. Atatürk isə cavabında deyir: "O bir səhv edib bu səhvi təkrar etməyəcəm. Bayraq bir millətin şərəfidir. O bayraq uğrunda minlərlə yunan əsgəri həyatını qurban verib. Bir dövlətin bayrağı olursa-olsun yerlərə sərilməz, təhqir olunmaz. O bayrağı qaldırın!". Heç şübhəsiz, bu gün hər bir dövlət millət məhz Atatürkün timsalında digər önəmli şəxslərin bayrağa göstərdiyi ehtirama qoşulmalı, etnik milli atributlara qarşı hörmətlə yanaşmalıdır.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımızın təhqir olunması xain erməni xislətini yenidən göstərmiş oldu. Dünya ictimaiyyətinin bütün təbəqələri bir daha gördü ki, revanşist hisslər ilə bəslənən haylar dünya mədəniyyətinin bir parçası ola bilməz. Ermənilər öz çərçivələrində bütün dünyaya "mədəniyyətlərini" göstərdilər. Əsrlər boyu beynəlxalq aləmi aldadaraq uydurma tarixi-mədəni irs yaradan Ermənistan özü-özünün "qatili" oldu. Xislətli, paxıl, əxlaq normalarından kənar nifrət dolu bir erməni mədəniyyətini qarşımızda görürük. Dövlət terror məfhumlarının adlarının yanaşı çəkilməsinin əsas səbəbi dövlət dairələri tərəfindən bu iyrənc əməli törədən irqçi şəxsin dəstəklənməsi bu cinayəti törədən şəxsə "qəhrəman" kimi yanaşılmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bayrağımızın yandırılması Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümüdür. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi hadisənin qarşısını vaxtında almalı müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bayrağımızı yandırmış şəxsin ilkin olaraq saxlanılması, sonradan alqışlarla azad edilməsi terror aktının planlı şəkildə baş verdiyini göstərir. Ermənistan nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməli olduğu halda, bu vəhşiliyi törədən şəxs "qəhrəman" kimi təqdim edilir. Reallıq budur ki, Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb açılış mərasiminin tərkib hissəsi olub.

Sülh quruculuğunda birtərəfli yanaşma heç vaxt uğura aparmır. Avropa İttifaqı Ermənistanın bu cür davranışını, təxribatçı əməllərini azərbaycanlılara qarşı hörmətsizliyini qınamalıdır. Ermənistan öz nifrət dolu davranışını dəyişdirərək qonşu ölkənin suverenliyinə bütövlüyünə hörmət göstərməlidir. Bu, beynəlxalq əhəmiyyətli bir tədbirin iştirakçısına ev sahibinin hörmətsizliyi, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, ermənilərin qədər vəhşi olduqlarını, Azərbaycan xalqına, dövlətinə nifrət bəslədiklərini nümayiş etdirir. Erməni ictimaiyyətinin reaksiyası da göz önündədir. Hadisədən iki gün sonra erməni deputat Hovik Ağazaryan bayrağın yandırılmasına görə üzr istəyib: "Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş deputat kimi vəhşi adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm". Deputatın bu açıqlaması erməni ictimaiyyəti tərəfindən böyük tənqidlərlə, hətta təhqirlərlə qarşılanıb.

Bütün səylərə baxmayaraq, Ermənistan türkün səsini İrəvanda boğa bilmədi. Qardaş Türkiyənin uğuru bir daha sübut etdi ki, türk idealı onun milli-mənəvi irsi alçaldıla bilməz. Barbar haylara ən gözəl cavab isə İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc gümüş mükafatçı Qamze Altunun uğurları oldu. Cansu Bektaşın: "Azərbaycan xalqını çox sevirəm. İrəvanda qazandığım medalı Azərbaycana həsr etdim" ifadəsi eyni millətin biri-birinə həmrəyliyinin əyani nümunəsi olmaqla yanaşı, terror xislətli Ermənistana növbəti tarixi dərsdir.

Prezident cənab İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşü bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Ölkə başçımız görüş çərçivəsində Azərbaycan türkiyəli idmançıları "Tərəqqi" medalı ilə təltif etmiş Cansu Bektaş İrəvanda qazandığı qızıl medalı Prezident İlham Əliyevə hədiyyə olaraq vermişdir.

Bununla yanaşı, dövlət başçımızın öz nitqində bildirdiyi fikirlər təxribatçı dövlət kimi Ermənistanın acizliyini bir daha xatırlatmış oldu: "Bəli, bir ki, o bayrağı yandırana hər hansı bir cəza da verilmədi, heç bir şey edilmədi, heç bir söz deyilmədi, əksinə, onu alqışlarla salamladılar. İndi, bilirsiniz, bayraq yandırmaqla heç kim heç əldə etmir. 24 apreldə Azərbaycan Türkiyə bayraqlarını Ermənistanın əsas meydanında yandırmışdılar. Amma bizim bayraqlarımıza onlar Ağrı dağda, mən dedim, Murov dağında, Şuşada yaxınlaşa bilərlərmi? Təbii ki, yox. Ona görə bu, onların acizliyini göstərir, gücsüzlüyünü göstərir".

Nurlan ABDALOV,

"Respublika".