Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Sosial həyat

Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

AZƏRTAC