Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci  günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
İdman

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci  günü maraqlı idman mübarizəsi ilə yadda qalıb

İyulun 5- Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə Formula 2 yarışları ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Formula 2 üzrə birinci sprint yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışdaPrema Racingkomandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlinin üzvü Dan Tiktum yarışı ikinci, “UNİ-Virtuosikomandasının pilotu Guanyu Zhou isə üçüncü pillədə başa vurublar.

Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü keçirilib. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedeskomandasının heyətində Luis Hamilton Valtteri Bottas, “Ferrarikomandasında Karlos Sayns, Çarls Lekler, “Williamsın heyətində Corc Russell Nikolas Latifi yarışıblar. “Red Bull Racingkomandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri Pyer Qasli Yuki Tsunoda, “Alpineda isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeonun heyətində Antonio Covinatsi Kimi Raykonnen, “McLaren Daniel Rikkardo Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer Nikita MazepinHaas”, Sebastian Fettel Lans StrollAston Martinkomandasının idman şərəfini qoruyublar.

Üçüncü yürüşdəAlpha Taurikomandasının pilotu Pyer Qasli fərqlənməyi bacarıb. Serxio Peres (“Red Bull Racing”) ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü olublar.

Gərgin idman mübarizəsinin yaşandığı Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda bir neçə qəza baş verib. Belə ki, “Aston Martinkomandasının pilotu Lans Stroll 15-ci döngədən çıxarkən bolidi səddə çırpılıb. Təkəri zədələnən kanadalı pilotun bolidi yararsız hala düşüb. Növbəti qəza da 15-ci döngədə baş verib. Bu dəfəAlfa Romeonun üzvü Antonio Covinatsi sürəti tənzimləyə bilməyərək qoruyucu sədlə toqquşub.

Sıralama turundaFerrariMercedeskomandalarının pilotları Şarl Lekler Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racingin pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb. Bu turun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə sprint yürüşü ilə yekun vurulub. İkinci sprint yürüşünün qalibiHitech Grand Prixkomandasının pilotu Jüri Vips olub. “Charouz Racing Systemin üzvü David Bekmann yarışı ikinci, Cehan Daruvala (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.

İyunun 6-da - Formula 1 Azərbaycan Qran-Prisinin həlledici günündə əvvəlcə Formula 2 pilotları üçüncü sprint yarışında mübarizə aparacaqlar.

Günə 51 dövrədən ibarət Formula 1 Azərbaycan Qran-Prisi ilə yekun vurulacaq.

Xatırladaq ki, Bakı şəhər halqasında Formula 1 yarışları 2016- ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

AZƏRTAC