“Azərsu” xidmətindən istifadə edənlərin sayı artıb
İQTİSADİYYAT

“Azərsu” xidmətindən istifadə edənlərin sayı artıb

2022-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 3,9 faiz artıb. 01 yanvar 2023-cü il tarixinə ölkə üzrə 1748832 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1679880-i və ya 96,1 faizi əhali, 68952-si və ya 3,9 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.

01 yanvar 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 88,8 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,6 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.