Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən sutka ərzində COVİD-19-dan vəfat edən olmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1014 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 668 min 281 test aparılıb. Bugünkü test sayı isə 7254-dür.

AZƏRTAC