AZƏRBAYCANDA AQRAR İNTİBAHIN BANİSİ
Siyasət

AZƏRBAYCANDA AQRAR İNTİBAHIN BANİSİ

Vətən tariximizin işıqlı şəxsiyyətləri çoxdur. Amma bir ölkənin milli müstəqillik tarixinin beşiyi başında dura bilmək hər kəsə qismət olmur. Azərbaycan belə ölkələrdəndir. Fövqəl dünyagörüşü, zamanları qabaqlayan uzaqgörənliyi, dünyanı mat qoyan idarəçilik istedadı ilə XX əsrin siyasət nəhəngi zirvəsinə yüksəlmiş Heydər Əlirza oğlu Əliyev bu bəxtiyar millətin Tanrıdan əvəzolunmaz qismət payı, iftixarının zirvəsi, qürurunun minnətdar əbədi ünvanıdır.

Heydər Əliyev baharın övladıdır. Bahar yenilik, nur, işıq, ruzi, bərəkət yolunun başlanğıcıdır. O, bütöv bir məmləkətə əməlləri zəkası ilə yer üzünün ali dəyərlərini - demokratiya müstəqillik ruzisini gətirdi, onun əbədiyyət pasportunu təqdim etdi. Bu, burulğanlar, təlatümlər qoynunda çırpınan dünya düzəninin bir parçasında Yaxın Şərqdə demokratiyanın, müstəqilliyin ali dəyərlərin vətəndaşlıq statusuna möhürlənməsinin yeganə, unikal nadir nişanəsi ilk nümunəsi idi.

Hər kəs bir ölkədə iki dəfə rəhbərlikdə olmur. Bu, nadir dövlət başçılarına qismət olur. Çünki zaman geridönməzdir, sən zamandan uca, etirafdan etibardan böyük, sevgidən ziyadə ehtiramda olmalısan ki, sənə xalq üz tutsun. Xitab eləsin, özünə rəhbər, yurduna yiyə, övlad, dar gününə sərkərdə bilsin.

Heydər Əliyev 34 ilə yaxın siyasi hakimiyyətdə olub. Bunun 5 ilini planetin ən iri güc mərkəzlərindən olan Rusiyada - Sovetlər İttifaqında ilk ali rəhbərlərdən biri kimi çalışıb. Təpədən-dırnağadək vətəndaş, milli ruhun əsgəri, xalqın qulluqçusu şərəfli ömrü onu planetin sayılıb seçilən tarixi şəxsiyyətləri sırasına qaldırmışdır. Bu gün "Azərbaycan  Heydər  Əliyevin şah əsəridir" deyirlər. Tam haqlı, doğru qənaətdir.

"Azərbaycan dünyaya günəş kimi doğacaq". Bunu da ümummilli lider deyirdi. Bu da həqiqət oldu. Azərbaycan Yaxın Şərqdə istiqlal nümunəsi, bütöv dünyada milli dəyərlərə layiq ölkə kimi ad qazandı. Fəaliyyətində  kənd təsərrüfatına mühüm yer ayırdı. Heydər Əliyev irsi təkcə bir məktəb deyil. O, siyasi mədəniyyət məbədi, titanik quruculuq akademiyası, məfkurə, mental milli dəyərlər daşıyıcısı olan, onu aşılayan həyat universiteti idi.

Xalqa sədaqəti qədər bitməz-tükənməz quruculuq, yaratmaq, inkişaf əzmi ilə fövqəladə bacarıq sahibi idi. O, tikinti meydanlarında memar, ədəbiyyat gecələrində şair, siyasət səhnələrində natiq olduğu kimi, zavod fabriklərdə fəhlə, kənddə, zəhmətkeş yanında onun torpağının, rifahının əsl strateqi, cəfakeşi idi.

Bu il bu nəhəng şəxsiyyətin qərinələrə örnək olan ömür yolunun 100- ildönümüdür. Dövlət başçısı cənab İlham Əliyev ötən il sentyabrın 29-da bu barədə müvafiq Sərəncam imzalamışdır. "Azərbaycan Respublikasında 2023- ilin "Heydər  Əliyev İli" elan edilməsi haqqında" Sərəncamda bu yüksək keyfiyyətlər minnətdarlıq hissi ilə yad edilir.

İndi hər evdə, ailədə, hər sahədə, taledə Heydər Əliyevin işıqlı obrazı, nurlu siması görünməkdədir. Hələ bundan sonra yüz-yüz kitablar yazılsa da, mahnılar bəstələnsə , milyon xariqələr çap olunsa da, bu ömrün çevrəsinin ucalığına, o unikal əzəmətin şərəfinə göstərilən ehtiramın ünvan dərinliyinə yetmək çətin ki, mümkün olsun.

Odur ki, bu yazıda dahi quruculuq övladının ölkənin aqrar sektorundakı xidmətlərinə diqqət çəkmək istəyirəm. Azərbaycan ötən əsrin 50-60- illərində səfalət tənəzzül girdabından çıxarılıb Sovetlər İttifaqının aparıcı müttəfiq respublikalarından biri kimi iqtisadi yüksəlişin bayraqdar ölkəsi səviyyəsinə gətirilməsi məhz bu titanik şəxsiyyətin əməyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003- illərdə aqrar sahə ilə bağlı 50-dən artıq normativ-hüquqi sənəd qəbul edilmiş, çoxsaylı fərman sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsullarının artirılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına təkan vermişdir.

1969-cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyasət kökündən dəyişdi. Azərbaycan KP MK-nın həmin ilin avqust ayında keçirilmiş plenumunda Heydər Əliyev proqram nitqi ilə çıxış edərək məruzəsində respublikanın ictimai-iqtisadi inkişafının əsas istiqamətlərini əsaslandırmaqla gələcək inkişafın ana konturlarını əvvəlcədən müəyyənləşdirdi.

Məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində 1970-ci ilin 23 iyulunda Sov. İKP MK SSRİ Nazirlər Soveti  "Azərbaycan SSR-in kənd təsərrüfatını  inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu sənəd respublikada kənd təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri müəyyən edən fəaliyyət proqramı oldu. Respublikanın rəhbəri həmin plenumda yüksək məhsuldarlıqlı, xəstəliyə davamlı, yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə böyük diqqət yetirmişdir. Beləliklə, qısa bir zamanda kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq heyvandarlıq kimi sahələrinin uzunmüddətli inkişafı üzrə proqramlar işlənib hazırlandı.

1975-ci ilin 9 iyulunda Sov. İKP MK SSRİ Nazirlər Soveti "Azərbaycan SSR- kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" yeni ikinci bir qərar qəbul etdi. Bu illərdə kənd təsərrüfatı istehsalında fəth edilmiş yüksək zirvələr perspektivdə həmin sahənin daha dinamik inkişafı üçün etibarlı bünövrə yaratmışdı.

1979-cu il fevralın 22- "Azərbaycan SSR- kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" Sov. İKP MK SSRİ Nazirlər Sovetinin üçüncü böyük qərarı isə aqrar sektorun inkişafına olduqca güclü təkan vermişdir.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən ulu öndərin birinci hakimiyyəti illərində aqrar sahənin yüksəlişinə bilavasitə özül yaradan bu böyük qərarların qəbulu keçmiş Sovetlər İttifaqında respublikamızın on bir dəfə dalbadal SSRİ-nin Keçici Qırmızı Bayraqları ilə təltif olunmasına gətirib çıxarmışdır.

Ümummilli liderin ölkəmizə rəhbərliyə qayıdışının ikinci mərhələsində yeni, müstəqil Azərbaycanın aqrar siyasət konsepsiyası uğurla davam etdirilmişdir.         

Hələ 1994- il martın 4- Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev demişdir: "Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının sosial həyatının bütün sahələrini bürüyən bu böhran, təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına onun mənfi təsiri güclənir. Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə demişəm, təkrara ehtiyac yoxdur".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müdrik uzaqgörənliklə sanballı qərarlar qəbul etdi. İslahatı aparmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995-ci il tarixli fərmanı ilə Dövlət Aqrar İslahatı Komissiyası yaradıldı. Komissiyanın tərkibinə nazirlik, komitə, şirkət rəhbərləri alimlər daxil edilmişdi. Komissiyanın 25 mart 1995-ci il tarixli ikinci iclasında Naxçıvan Muxtar Respublikası Aqrar İslahatı Komissiyasının, rayon yerli aqrar islahatı komissiyalarının əsasnamələrini, dövlət mülkiyyətində saxlanılan bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını, islahat qanunlarının tətbiqi üçün təlimatları, tövsiyələri digər sənədləri təsdiq etmişdir. Kənddə inqilabi dəyişikliklərin başlanmasına start verən bu qərarlardan birinciləri 1995-ci il fevralın 18- qəbul edilmiş "Sovxoz kolxozların islahatı haqqında" "Aqrar islahatının əsasları haqqında" qanunlardır. Bir il sonra "Torpaq islahatı haqqında" Qanun da qəbul olundu. Bu, postsovet məkanında ilk qətiyyətli aksiya idi bu aksiyanın fəlsəfəsini Heydər Əliyev özü hamıdan yaxşı ifadə etmişdi: "Kənddə aqrar islahatlar aparmaq xətti götürmək, torpağı mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayanlara işləyənlərə qaytarmaq". "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli fərmanı aqrar sahədə sahibkarlığın inkişafına böyük təkan vermişdir.

Ümumiyyətlə, indiyədək aqrar sahədə islahatların aparılmasına onun daha da dərinləşdirilməsinə, mülkiyyət münasibətlərinin sahibkarlığın formalaşdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 100-dən çox fərman sərəncamı, Milli Məclisin qanunları digər normativ-hüquqi sənədlər qəbul olunmuşdur.

Hər millət, hər xalq bəxtiyar  olmur. O Vətən mülkü bəxtiyardır ki, övladı mayak olub başı üstə yolunu  tükənməz nuruna boyamaqdadır. Bu yol nəsillərin yoludur, bu şəfəqlər bitməz-tükənməz istiqlal kəhkəşanıdır, təpədən- dırnağa Vətən sevdalısı olandünyanın ən böyük Azərbaycanlısı Heydər Əliyevin odu, hərarəti heç zaman sönməyəcək hər gün, hər an bizimlə vurmaqda olan  böyük ürəyinin özüdür. ADAU-nun çoxminli professor-müəllim tələbə heyəti  bu müdrik şəxsiyyətin adına, əməllərinə irsinə layiq olmaq üçün hələ bundan da çox sevgi, ehtiram şükranlıqla uğurlar qazanmaqda davam edəcək, onun əliylə qurulan cənnət Azərbaycanın aqrar yüksəlişinə misilsiz töhfələr verməyə çalışacaqdır.

Səbuhi MƏMMƏDOV,

Azərbaycan Dövlət

Aqrar Universitetinin elmi katibi, dosent.