Azərbaycana reinteqrasiya yeganə çıxış yoludur
Siyasət

Azərbaycana reinteqrasiya yeganə çıxış yoludur

Qədim Azərbaycan şəhərini terror yuvasına çevirən bir qrup separatçı xunta rejimi uzun illərdir ki, tutuquşu kimi eyni sözləri təkrarlayır, əzəli əbədi torpaqlarımıza "Artsax", "Dağlıq Qarabağ" deməkdən dilləri qabar bağlayıb. 120 min əhalinin blokadada qalmasından, insan hüquqlarından, öz müqəddəratını təyinetmədən, sərsəm mübarizədən dəm vuran bir qrup erməni sarsıdıcı məğlubiyyətdən başlarını itirib danışdıqlarının fərqində deyillər. Bu binəvalar başa düşmək istəmirlər ki, artıq Dağlıq Qarabağ adlı inzibati ərazi mövcud deyil, Artsax adlı "dövlət" oyuncaq bir qurumdur, sadə erməniləri girovluqda saxlamaq üçün bir vasitədir. Artıq Qarabağ iqtisadi rayonu yaradılıb Xankəndi , ətrafda yaşayan ermənilər həmin iqtisadi bölgünün ərazisindədirlər. Başda Arutunyan olmaqla həmin separatçılar şəxsi mənafelərini qorumaq üçün öz həmyerlilərinin səfalət içində olan həyatları bahasına min cür oyundan çıxır, Azərbaycana reinteqrasiya etməyəcəklərini bildirir, buqəlamun kimi gündə bir rəngə düşürlər. Özünü "prezident" elan edən Arutunyan İrəvana səfər edəndən oradakı ağalarından təlimat alandan sonra Xankəndiyə qayıdaraq təcili iclas keçirib yaranmış gərgin vəziyyət, mövcud çağırışlar haqqında danışıb.

İrəvandan qayıdan qondarma qurumun rəhbəri Arutunyanın köhnə havalar üstündə sərsəm sayıqlamaları onu göstərir ki, bir ovuc xunta rejiminə qorxma deyənlər var, onları qızışdırıb ortaya salanlar var. İrəvandan, Moskvadan, Parisdən separatçıları idarə edənlər, erməni lobbisi hər vasitə ilə Azərbaycanın sülh çağırışlarına mane olurlar bölgədə gərginliyin artmasında maraqlıdırlar.

Martın 1- Azərbaycanın Xocalı şəhərində Rusiya sülhməramlılarının qərargahında keçirilən görüşdən sonra erməni nümayəndələr Bakıya dəvət edildilər. İpləri başqalarının əlində olan, qudurğan cinayətkar xunta rejimi Bakının xoşməramlı çağırışına biganə yanaşır. Xankəndidəki separatçı rejim Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından "yox" deyib. Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildiriblər. Ermənistanda nəşr edilən "Hraparaq" qəzetinin yazdığına görə Xankəndidəki qondarma rejim bildirir ki, onlar beynəlxalq səviyyədə tanınmış təsdiq edilmiş formatda, beynəlxalq təşkilatların iştirakı ilə keçirilməli olan münaqişənin hərtərəfli həllinə yönəlmiş, tərəflərin bərabərliyinə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat verən danışıqlara sadiqdirlər. Ardınca isə atəşkəs rejimini pozan erməni silahlı qüvvələri tərəfindən martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Təxribat, terror törətmək, dinc insanları qətlə yetirmək, talançılıq, oğurluq, yalan danışmaq ermənilərin köhnə vərdişidir. Bu il martın 5- Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında Ermənistanın törətdiyi təxribatda iki hərbçimiz həlak oldu. İrəvan bu terroru törətməklə həm Bakının erməni sakinlərlə təmaslarına mane olmaq niyyətini göstərir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a verdiyi müsahibəsində bildirib ki, biz Azərbaycanın suveren ərazilərinə silah daşınmasını Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən təcavüz terror siyasəti hesab edirik. Ermənistan nədən başqa ölkənin suveren ərazisinə silah-sursat göndərməkdə davam edir? Gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyi Azərbaycan Konstitusiyasına qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana digərlərinə heç bir aidiyyəti yoxdur.

Bir atalar məsəlində deyilir ki, ilanın başını əzmək lazımdır, yaralayıb buraxsan ziyanlıq törədəcək. İlan kimi sivişib əldən çıxan erməni separatçılar indi Xankəndidən Azərbaycana qarşı şərtlər irəli sürür, üç aydan çoxdur ekofəalların sərvətlərimizin qanunsuz istismarına qarşı keçirdikləri aksiyada həmin ərazilərdə monitorinqlərin aparılması tələblərinə məhəl qoymurlar. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin mütəxəssislərin əraziyə girişinə ciddi məqsədli şəkildə maneçilik törədilir. Öz ərazisində araşdırma aparmaq üçün Azərbaycan tərəfindən işçi qrup yaradılıb. İşçi qrup tələb edir ki, sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Lakin Ermənistan tərəfi, sülhməramlılar bu haqlı tələblərə məhəl qoymayaraq işçi qrupunun üzvlərini həmin ərazilərə buraxmırlar. Bax, erməni xisləti budur, yalan, böhtan yaymaq, özünü məzlum kimi göstərmək, yeri gələndə isə çalağana dönmək. Bir daha xatırladaq ki, ermənilərin röyasına çevrilən "Dağlıq Qarabağ" keçmişdə qaldı, belə bir inzibati ərazi bölgüsü yoxdur, bu diyar Azərbaycanın ayrılmaz tərkib hissəsidir, tarixi torpaqlarımızdır. Ermənistanın gündə bir xəyala düşməsi onu göstərir ki, onların sülhə əngəl olmağa cəhd etmələri ermənilərin köhnə mərəzindən, bicliyindən xəbər verir. Lakin Azərbaycan artıq erməni oyunbazlığına göz yummaq niyyətində deyil, bunu dövlət başçımızın son xəbərdarlığından da aydın gördük.

Yuxarıda adıçəkilən müsahibədə Prezidentin köməkçisi çox sərrast haqlı olaraq qeyd edir ki, Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını ləngitmək, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ var: "Qarabağ bütün dünyadan təcrid olunub". Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.

Salman ALIOĞLU,

"Respublika".