Azərbaycana qarşı törədilən hərbi təxribatlar Türkiyəni ciddi narahat edir
Digər xəbərlər

Azərbaycana qarşı törədilən hərbi təxribatlar Türkiyəni ciddi narahat edir

Ermənistanın növbəti hərbi təxribatı nəinki Azərbaycanın ərazi bütövlüyü suverenliyinə, ümumiyyətlə, regionda sülhün təhlükəsizliyin təmin edilməsinə ciddi zərbədir. Bu təxribat öz çirkin niyyətlərindən əl çəkməyən Ermənistan hərbi rəhbərliyinin sülh prosesində maraqlı olmadığının daha bir göstəricisidir. Görünən odur ki, Ermənistan beynəlxalq hüququn norma prinsiplərini kobud şəkildə pozaraq regionda sülh prosesinə mane olmaq məqsədilə belə bir yola əl atdı. Təbii ki, Vətən keşiyində ayıq-sayıq dayanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bunun qarşısını qətiyyətlə aldılar. Ermənistan silahlı birləşmələrinə törətdikləri təxribatın cavabı verildi.

"Azərbaycan öz sərhədləri daxilində təhlükəsizliyini qorumalı, ilk olaraq Qarabağda olan separatçıları tərksilah etməlidir. Silahlı dəstələrə qarşı əməliyyatlar keçirib, onların varlığına son qoymalıdır. Hər bir əsgərin intiqamı alınmalıdır. Yəni "qisasa qisas" addımları atılmalıdır Azərbaycan Ordusu da məhz bunu edir. Onsuz da hər kəs bilir ki, Ermənistan oyuncaq dövlətdir. 200 ildir ki, Ermənistanın atdığı addımlar havadarlarının onlara dəstək verməsi ilə əlaqəlidir. Əslində, son təxribat gözlənilən getdikcə yaxınlaşan hadisə idi". Bu fikirləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. O vurğulayıb ki, təxribatlar Ermənistan hakimiyyətinin müharibə ritorikasını qabartması, Avropa İttifaqı missiyasının Ermənistana gəlməsindən sonra daha da yüksəlib. Görünür, bu gəliş Ermənistan hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb.

General Rusiyanın ikiüzlü siyasət apardığını, Ermənistanın hüquqa zidd hərəkətlərini görməzdən gəldiyini bildirib: "Burada bir tərəfdən, guya sülhün əldə olunmasını istəyən, ancaq digər tərəfdən 10 noyabr tarixli üçtərəfli Bəyanatın sülh müqaviləsinə çevrilməsinə əngəl törədən Rusiyanın sərgilədiyi mövqe diqqətçəkən məqamdır. Rusiya Müdafiə Nazirliyi onun tabeliyindəki rus sülhməramlı kontingenti bölgədə baş verən döyüşləri görməzdən gəlir. Rusiya bilərəkdən Ermənistanın aylardır sərhədə silah-sursat toplamasına, törədilən təxribatlara, onun İranla birgə çevirdiyi fırıldaqlara göz yumur.

Yücel Karauz İranın da Ermənistana uzun müddətdir ki, hər cür dəstək verdiyini qeyd edib: "İkinci əsas məqam İranla bağlıdır. İran 1992-ci ildən bəri strateji seçimini Azərbaycanla deyil, Ermənistan ilə edib. Üstəlik, bunu 40 milyona yaxın azərbaycanlının İranda yaşadığını bilə-bilə edirlər. Görünən odur ki, hələ uzun müddət İranın mövqeyi dəyişməyəcək. 30 ilə yaxın işğal dövründə olduğu kimi, bundan sonra da Ermənistana hər cür hərbi, siyasi, maddi dəstəyi verməyə davam edir. Baş verən təxribatda Ermənistanın İran PUA-larından, silah sursatından istifadə etməsi barədə məlumat yayıldı. Üstəlik, toqquşmanın başladığı andan etibarən İranın müşahidə PUA-larının Azərbaycanla sərhəddə uçuşlar keçirməsini, SEPAH-ın teleqram kanallarının döyüşlərin getdiyi ərazilər ilə bağlı xəritələr paylaşmasını qətiyyən sadə məsələ hesab etmək olmaz. Yəni Azərbaycan tək Ermənistana qarşı yox, həm onun havadarlarına qarşı da mübarizə aparır. Bundan sonra da təxribat terror fəaliyyətlərinin davam etməsini, sülh müqaviləsinin imzalanmamasını istəyən dövlətlər, güc mərkəzləri qruplar toqquşmalardan faydalanmaq üçün vəziyyəti daha da qızışdıracaqlar. Ermənistanın ordusunu döyüş hazırlığı vəziyyətinə gətirməsi, mülki şəxsləri silahlandırması da təxribatların davam edəcəyindən xəbər verir".

General deyib ki, mövcud situasiya ilə bağlı Ermənistanın Avropadan da dəstək aldığı açıq-aşkar görünür. Ümumiyyətlə, bu cür hərbi siyasi fəaliyyətlər uyğun şəraitdə həyata keçirilir. May ayının 14- Türkiyədə keçiriləcək seçkilərə qədər ya sonra ola biləcək iqtidar dəyişikliyini fürsət olaraq dəyərləndirmək istəyənlər var. Bu, sadəcə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı deyil. Suriya, İraq, Liviya "Mavi Vətən" tarazlığı dəyişdirmək üçün siyasi fəaliyyətlər müşahidə olunur. Amma bunu unutmamalıdırlar ki, iqtidarda kim olursa olsun, Azərbaycana dəstək məsələsində heç bir dəyişiklik olmayacaq. Türkiyənin türk dövlətlərinin bu mövzuda mövqeyi bəllidir heç vaxt dəyişməyəcək".

Yücel Karauz Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb Şuşa Bəyannaməsini xatırladıb: "Əlbəttə ki, Azərbaycan heç bir halda şəhidlərinin bir damla qanını da yerdə qoymayacaq, bir qarış torpağını belə düşmənə verməyəcək. Can Azərbaycan heç bir halda yalnız deyil olmayacaq. Türkiyə öz qardaşı Azərbaycan ilə sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli qanlı planlar quranlar Şuşa Bəyannaməsini unutmasınlar. Onlar türk dünyasını da gözardı etməməlidirlər. Qarşılarında iki yol var: ya normal dövlət kimi davranıb sülh içində yaşamağı öyrənəcəklər, ya da 44 günlük Vətən müharibəsindəki kimi başlarına dəmir yumruq enəcək tarixin zibilliyinə gedəcəklər!".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.