Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planı tam yerinə yetirilib
Siyasət

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planı tam yerinə yetirilib

Oktyabrın 27-28-də Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiqlənib.

Tərəflər Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

AZƏRTAC