Azərbaycan qadınının uğurları Heydər Əliyevin dövlət siyasətinin nəticəsidir
Siyasət

Azərbaycan qadınının uğurları Heydər Əliyevin dövlət siyasətinin nəticəsidir

Ömrünü xalqına dövlətinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev fitri istedadı, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, qorxmazlığı, güclü iradəsi, böyük dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxarmış bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuşdur. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, onlara yüksək diqqət qayğı ilə yanaşmış ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur.

Hələ 1969-cu ildə Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən qadınların yüksək rəhbər vəzifələrə təyin olunmasına şərait yaratmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan tarixində ilk dəfə olaraq ümummilli liderimiz tərəfindən ali məktəblərə qadın rektorlar təyin edilmişdir. Eyni zamanda dahi Heydər Əliyev qadınların zəhmətini fəaliyyətini yüksək dəyərləndirmiş, mütəmadi olaraq fəaliyyətində fərqlənən qadınları fəxri adlarla təltif etmişdir.

1993- ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərimiz qadınların cəmiyyətdə rolunun artırılması, dövlət idarəçiliyində iştirakı, kişilərlə bərabər hüquqlara malik olması kimi məsələləri ümumilikdə dövlət qadın siyasətinin gücləndirilməsini prioritet hədəflər olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə ümummilli liderimiz tərəfindən bütün lazımi şərait yaradılmış, sistemli kompleks tədbirlər həyata keçirilmiş, fərman sərəncamlar imzalanmış ölkəmiz bir sıra beynəlxalq konvensiyalara üzv olmuşdur. Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.  

Ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin hüquqi bazasının genişləndirilməsi təkmilləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Belə ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadınların hüquq bərabərliyi ən yüksək səviyyədə öz əksini tapmışdır. Həmçinin 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam, 2000-ci ildə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərman imzalanmışdır.

Həmin dövrlərdə ümummilli liderimizin dövlət qadın siyasətilə bağlı diqqətdə saxladığı əsas məsələlərdən biri Azərbaycan qadınlarının dünya miqyasında, beynəlxalq platformalarda təmsil olunması idi. Bu istiqamətdə 1994- il sentyabrın 19-da ulu öndərimiz Heydər Əliyev tərəfindən "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzalandı. Fərmana əsasən, 1995-ci ildə Pekin şəhərində keçiriləcək konfransa ciddi hazırlıq işləri başlandı. Nəticədə Pekində keçirilən Qadınların IV Ümumdünya Konfransında Azərbaycan qadınları ən yüksək səviyyədə təmsil olundu ilk dəfə olaraq Azərbaycanın qadın nümayəndəsi beynəlxalq konfransda həmsədr olaraq seçildi. Xalqımızın dühası Heydər Əliyevin səyi nətiəcəsində əldə olunmuş bu uğur müasir qadın hərəkatına təkan oldu.

Ölkəmizdə qadınların fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri dahi Heydər Əliyevin dəstəyi əsasında qadın qurultaylarının keçirilməsi idi. 5 ildən bir keçirilən qurultaylar Azərbaycanda qadın hərəkatı tarixində yeni inkişaf səhifəsinin başlanğıcı oldu. Azərbaycan Respublikası Qadınlarının I Qurultayında iştirak edən ulu öndər Heydər Əliyev qadınlar haqqında bu fikirləri səsləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir heç vaxt bu zəhmətdən inciməmişdir".

Bu fikirlər bir daha Heydər Əliyev dühasının Azərbaycan qadınına onun zəhmətinə necə yüksək dəyər verməsinin göstəricisidir.

Dahi şəxsiyyət Heydər Əliyevin qadınların rolunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri böyük öndərin tövsiyəsi ilə 1995-ci ildə Yeni Azərbaycan Partiyasının tərkibində qadın şuralarının yaradılması olmuşdur. Dahi Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları istər ölkəmizin ictimai həyatında, istərsə Yeni Azərbaycan Partiyasının işində daha da fəal iştirak etməyə başladılar. Bu gün Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində qadınlar böyük, aparıcı, möhtəşəm nümunəvi qüvvəyə çevrilmişdir.

Ümumiyyətlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dövlət qadın siyasətindən, qadınlara olan diqqət qayğısından qədər danışsaq azdır. Bu gün Azərbaycan qadını istər dövlət idarəçiliyində, istərsə cəmiyyətin bütün sahələrində yüksək vəzifələrdə layiqincə təmsil olunurlar. Eyni zamanda Azərbaycan qadınları dünya miqyasında da böyük uğurlar nailiyyətlər əldə edir, şanlı bayrağımızı ən yüksək beynəlxalq arenalarda dalğalandırır. Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bütün bu deyilənlərin sübutudur. Birinci vitse-prezidentimizin zəngin parlaq fəaliyyəti, elmi yaradıcılığı, ən ali ülvi keyfiyyətləri Azərbaycan qadınının daxili dünyasının zənginliyinin, elmi təfəkkürünün aliliyinin humanistliyinin göstəricisidir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək xüsusiyyətlərini özündə cəmləyərək fəaliyyəti ilə nümunəvi qadın obrazını yaratmışdır. Mehriban xanım Əliyevanın çoxşaxəli humanist fəaliyyəti nəticəsində ölkəmiz nəinki Azərbaycanda, həmçinin dünya miqyasında da yüksək ehtiramla qarşılanır təqdir olunur.

Əsası Azərbaycan xalqının ulu öndəri, xilaskarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla, layiqincə davam inkişaf etdirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu unikal siyasəti özünü dövlət qadın siyasətində göstərmişdir. Ölkə başçımız cənab İlham Əliyevin 2006- ildə imzaladığı Sərəncama əsasən, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə o zaman MDB ölkələri içərisində ilk yeganə qadın dövlət qurumu idi. Bu fakt bir daha möhtərəm Prezidentimiz İlham Əliyevin qadınlara olan yüksək diqqət, qayğısının, bu sahədə ölkəmizin dünya miqyasında qabaqcıl dövlətlərdən olmasının göstəricidir.

Hazırda Azərbaycanda qadınların inkişafı üçün bütün imkanlar, hərtərəfli şərait mövcuddur ölkəmizdə qadınlar bir sıra rəhbər vəzifələrdə çalışmaqdadırlar. Belə ki, Azərbaycanda 1 nəfər qadın vitse-prezident, 1 nəfər qadın Milli Məclisin sədri, 1 nəfər qadın nazir, 9 nəfər qadın nazir müavini, 2 nəfər qadın dövlət komitəsinin sədri, 3 nəfər qadın dövlət komitəsinin sədrinin müavini, 1 nəfər qadın yerli icra hakimiyyəti başçısı, 72 nəfər qadın yerli icra hakimiyyəti başçısının müavini vəzifələrində çalışır. Eyni zamanda ölkəmizdə hakim qadınların sayı 91, Milli Məclisdə qadın deputatların sayı isə 22 nəfərdir. Ölkəmizdə 250231 nəfər dövlət reyestrində qeydiyyatda olan fərdi sahibkar qadın fəaliyyət göstərir. Bu gün ölkəmizdə istər dövlət idarəçiliyi, istər qanunların qəbulu, istərsə özəl sahədə Azərbaycan qadını yüksək əzmlə, böyük peşəkarlıqla fəaliyyət göstərir.

Ümumiyyətlə, milli müstəqillik dövlətçilik ideyaları ətrafında sıx birləşən, Heydər Əliyev prinsiplərinə sadiq olan Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi həyatında, dövlət idarəçiliyi qanunların qəbulu, o cümlədən özəl sahələrdə fəal iştirak edərək hər bir sahədə Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər. Eyni zamanda Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini borcunu da şərəflə yerinə yetirir. Xüsusi olaraq qürurla qeyd etmək lazımdır ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı, Vətənin müdafiəsində döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirmişdir. Həmçinin Azərbaycan Anasının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya-başa çatdırdığı qəhrəman Azərbaycan oğulları torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan qadınının əldə etdiyi bütün uğurlar, yüksək nəticələr ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət qadın siyasətinin nəticəsidir. Azərbaycan qadını hər zaman xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yüksək ehtiram minnətdarlıq hissilə yad edəcək.

Sədaqət VƏLİYEVA,

Milli Məclisin deputatı.