Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır
Digər xəbərlər

Azərbaycan Ordusunda snayperlərin peşəkarlığı artırılır

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkarlanaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

AZƏRTAC