Azərbaycan dövlətinin müstəqilliyinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur
Siyasət

Azərbaycan dövlətinin müstəqilliyinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur

Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır.

XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtkı mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28- müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı müstəqilliyini elan etdi. Lakin bu müstəqil dövlətimizin ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnak-bolşevik quldurlarının daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq, AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentinihökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsiölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi

AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu Qafqaz İslam Ordusu ilə Bakı ətraf ərazilər işğaldan azad edildi.

AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildiŞərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.

1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu fəaliyyətə başlaması ilə milli kadrların hazırlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı, digər ali orta təhsil müəssisələrinin yaradılması üçün hazırlıqlar aparıldı.

AXC ədliyyə sahəsinə xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-ci ildə ədliyyə Nazirliyi təsis edildi.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat-qat çətindir". Azərbaycan Xalq Cümhuriyyəti  bu müstəqilliyi qoruyub saxlaya bilmədi.

1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18- "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqındaKonstitusiya Aktı qəbul edilmiş Azərbaycan Respublikası AXC-nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa edəndə ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz- üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının Azərbaycan dövlətinin xilaskarı oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyinin qorunması üçün dəfələrlə ölümlə üz-üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.

Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi 1993- ildə prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyduAzərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladıDünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin geosiyasi vəziyyətə baxmayaraq, Heydər Əliyevə olan etibar, bu dahi şəxsiyyətin qətiyyətinə inam nəticəsində xarici dövlət başçıları nəhəng şirkətlər Azərbaycanla "Əsrin müqaviləsi" adlandırılan neft kontraktlarına imza atdılar.

Heydər Əliyev  iqtisadi strategiyasının nəticəsi olaraq xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladı. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyev  izi olmasın. Sahibkarlığın inkişafına dəstəyin, sərbəst iqtisadi rəqabətin, iqtisadiyyatın modernləşməsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdurHeydər Əliyev bütün fəaliyyəti dövründə xalqına arxalanmışdır. Azərbaycan xalqı da bu dahi şəxsiyyətə Azərbaycanı ən ağır vəziyyətdən Heydər Əliyevin çıxara biləcəyinə inanırdı.

Ulu öndər Heydər Əliyev dərin biliyə malik  polad iradəli, fenomenal yaddaşa sahib, müdrik, qətiyyətli siyasətçi, xarizmatik bir şəxsiyyət idi.

Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdurNaxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990- il noyabrın 17- AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdiBu addımı ilə Heydər Əliyev öz dövlətinə  xalqına qədər bağlıbu yoldan dönməz olduğunu bur daha göstərdi.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyulduAzərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada işğaldan azad olunmuş şəhər kəndlərimizdə dalğalanır.

Bu gün Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla  davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində  xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada  önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan həm Avropanın əsas enerji təchizatçılarından biridir. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı, dövlət başçısının müəllifi olduğu tolerant multikultural dəyərlərə hörmət qayğı bütün dünyaya bir nümunədir

Prezident cənab İlham Əliyev   hər zaman dövlətçilik ənənələrinə böyük diqqət qayğı ilə yanaşır, hörmət ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. 2018-ci ilin ölkəmizdə "AXC ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir. 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor.