Ayxan Hacızadə: Ermənistan XİN-in bəyanatı Azərbaycana qarşı törədilən təxribatları ört-basdır etmək cəhdidir
MÜSAHİBƏLƏR

Ayxan Hacızadə: Ermənistan XİN-in bəyanatı Azərbaycana qarşı törədilən təxribatları ört-basdır etmək cəhdidir

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan iftira dolu bəyanatı Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana azərbaycanlılara qarşı törətdiyi gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatına cavabında yer alıb.

A.Hacızadə bildirib ki, Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər kəndimizin, tarixi dini abidələrin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması; təbii sərvətlərimizin talanması; 4 minə yaxın vətəndaşımızın itkin düşməsi kütləvi məzarlıqların aşkarlanması; Ermənistanın mina təhdidlərini davam etdirməsi; ərazi bütövlüyü suverenliyə, eləcə üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması; Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi; indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarının təhlükəsiz ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı "ərazi iddiası" "təcavüzə hazırlıq" kimi qələmə verilməsi tamamilə əsassızdır.

Eynilə həm sovet Ermənistanı dövründə, həm 1990- illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanın tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın "Qərbi Azərbaycan İcması" ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.

Otuz ilə yaxın işğal dövründə 9 şəhər yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur.

Qeyd olunub ki, Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır. Azərbaycan erməni sakinlərlə dialoq aparır xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh sabitlikdə maraqlı olmadığının ikiüzlü siyasət aparmasının göstəricisidir.

Vurğulanıb ki, Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq.