Fergus Auld: Zəngilan gələcəkdə çox gözəl olacaq
MÜSAHİBƏLƏR

Fergus Auld: Zəngilan gələcəkdə çox gözəl olacaq

Düşünürəm ki, regionda sabitlik və inkişaf üçün daim irəli baxmaq lazımdır. Bu ərazilərin, həmçinin Zəngilan şəhərinin Baş planı ilə tanış olduq. Bura gələcəkdə çox gözəl olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

Zəngilanın onda xoş təəssürat yaratdığını bildirən səfir qeyd edib: "Şəhər haqqında fikirlərim müsbətdir. Zəngilan Beynəlxalq Hava Limanı çox gözəldir, modern üslubda tikilib. Bizim buraya səfərimizin maraqlı olacağına əminəm".