Almaniya səfiri: Gəncədəki dağıntılar müharibənin nə qədər dəhşətli olduğunu göstərir
MÜSAHİBƏLƏR

Almaniya səfiri: Gəncədəki dağıntılar müharibənin nə qədər dəhşətli olduğunu göstərir

Gəncədəki dağıntılar müharibənin nə qədər dəhşətli olduğunu göstərir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edərkən deyib.

"Mülki insanlar müharibənin günahsız qurbanlarıdır. Təəssüflər olsun ki, iki dövlət arasında sülh hələ də əldə edilməyib. İstərdik ki, regionda sülh olsun və insanlar təhlükəsiz, sülh şəraitində yaşasınlar," - deyə diplomat bildirib.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.