Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörlidən
Məktublar

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti illərdə də inkişaf edəcəkdir.

Dərin hörmətlə,

Devid Con Hörli

Avstraliya İttifaqının General-Qubernatoru