Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilovadan
Məktublar

Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Kəmalə Cəlilovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyi adından doğum gününüz münasibətilə Sizə olan səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası böyük inkişaf yolu keçmiş, ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizə müvəffəqiyyətlər diləyirik. Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar Sizin siyasətinizi dəstəkləyirik.

Sizə cansağlığı, Azərbaycanın daha da inkişafı, xalqın daha xoşbəxt gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Kəmalə CƏLİLOVA,

Niderlandda fəaliyyət göstərən Beynəlxalq

Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri.