Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdan
Məktublar

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Dünya azərbaycanlılarının Lideri, Müzəffər Ali Baş Komandan.

Moldova Azərbaycanlıları Konqresi və bu ölkədəki bütün Azərbaycan diasporu adından doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı, ailə səadəti, bütün təşəbbüslərinizdə uğurlar arzulayırıq.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Sizin tərəfinizdən parlaq şəkildə davam etdirilən inkişaf yolu ilə Azərbaycanın inamla irəliləməsini böyük fəxarətlə müşahidə edirik.

Siz ömrünüzün üçdəbirini Azərbaycana, onun xalqına fədakar xidmətə həsr etmisiniz. Prezident kimi son 20 il ərzində göstərdiyiniz xidmətlərin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edərək Cənubi Qafqazın şəksiz liderinə çevrilib, dünya arenasında böyük nüfuz qazanıb. Bu, müstəsna vətənpərvərliyin, Vətənə bağlılığın sübutudur. Buna görə də Azərbaycan xalqı Sizə - ölkənin maraqlarını yorulmadan müdafiə edən, dövlətçiliyi qətiyyətlə qoruyan Liderinə dərin hörmət və rəğbət bəsləyir.

Cənab Prezident, gələn ilin fevralında keçiriləcək prezident seçkilərində Sizin parlaq qələbə qazanacağınıza tam əminik. Moldova Respublikasındakı Azərbaycan diasporu adından Sizə dəstəyimizi ifadə edirik.

Hörmətlə,

Elçin BAYRAMOV,

Moldova Azərbaycanlıları Konqresinin sədri.