Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 51 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 51 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 201 nəfər müalicə olunaraq sağalıb, 9 min 953 nəfər vəfat edib. Aktiv xəstə sayı 315 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1935, bu günə qədər isə ümumilikdə 7 milyon 329 min 356 test icra olunub.

AZƏRTAC