TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Qazax Müalicə Diaqnostika Mərkəzi" Publik Hüquqi Şəxsi 2022-ci il üçün "Mühafizə xidmətləri"nin satınalınmasına dair

AÇIQ TENDER (elektron satınalma) ELAN EDİR

Tender 1 LOT üzrə aparılır

LOT-1. 2022-ci il üçün Mühafizə xidmətlərinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının Vahid İnternet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 27.01.2022-ci il saat 12:00 tarixindən sonra köçürməklə müsabiqə üzrə sənədlərini və təklifləri Portal vasitəsi ilə təqdim edə bilərlər.

LOT-1 üzrə iştirak haqqı - 150 manat

İddiçılar iştirak haqqını asan ödəniş ilə https://www.etender.gov.az/ - dövlət satınalmalarının Vahid İnternet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olaraq portalda göstərilən asan ödəniş rekvzitləri üzrə müəyyən edilən hesaba köçürməlidirlər:

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-Tender təklifi - Zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır;

-Tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti - Zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

-Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-Nizamnamə;

-Qeydiyyatdan keçdiyi ölkə - şəhadətnamə, vöen;

-Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

-Maliyyə vəziyyəti haqqında bank arayışı;

-Rekvizitlər;

-Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-Mühafizə xidmətlərinin yerinə yetirilməsinə dair müvafiq icazə sənədi.

İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 17.02.2022-ci il saat 12:30 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 25.02.2022-ci il saat 12:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28.02.2022-ci il saat 12:30 tarixində Qazax şəhəri Aslan Kəmərli, 2 ünvanında portal vasitəsi ilə açılacaqdır.

Əlaqələndirici şəxs: Babayev Qurbanə

li Əlaqə nömrəsi: (+99424) 229 07 88

İddiaçılar açılışın nəticələri və Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Tender Elanı

Hörmətli xanımlar və cənablar!

Sizi, "LUKOYL-Azərbaycan" QSC-nın obyektləri üçün A-80 və A-57 markalı kassa lentlərinin təchizatı üçün iki etaplı açıq tenderdə iştirak etməyə dəvət edirik:

Keçiriləcək tender haqqında ümumi məlumat:

Sifarişçi: "LUKOYL-Azərbaycan" QSC; ünvan: Səbail rayonu, Z.Tağıyev küç. 13. Tender üzrə əlaqəli şəxs L.S.Mikayılova, əlaqə telefonu: (012) 497-41-38, E-mail: [email protected].

Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin,verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, Sizin ünvana göndəriləcək.

Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 11 fevral 2022-cı il saat 18:00 dək.

Tender təklifləri 28 fevral 2022-ci il saat 18:00 dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

Tender 01 mart 2022-ci il saat 11.00 tarixində keçiriləcək.

Qeydə alınmış namizədlərin, tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.

Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir.

Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkani, zəruri sənədlər toplusu olmalıdır.

Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.

Tender təklifləri azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.

Tenderin qalibi ilə, tender başa çatdıqdan sonra , 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır.

Tenderin qalibi, sifarişçinin tələbilə malı Bakı ş.,Xətai r-nu, Ş.Mirzəyev 13 ünvanına çatdırmalıdır.

Tenderdə iştirak üçün "ərizə" forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsi ilə almaq olar.


Объявление тендера

Уважаемые дамы и господа!

Настоящим приглашаем вас принять участие в открытом 2-х этапном тендере по поставке кассовых лент марки А-80 и А-57 для объектов ЗАО "ЛУКОЙЛ-Азербайджан".

Общая информация о проводимом тендере.

Заказчик: ЗАО "ЛУКОЙЛ-Азербайджан", расположенный по адресу; Сабаильский район, ул.З. Тагиева 13, контактное лицо: Микаилова Лала, контактный телефон (012) 497-41-38. Е-маил: проъуремент@лукоил-аз.ъом.

 Полный комплект документации направляется в Ваш адрес после экспертизы полученной заявки на участие в тендере с приложением необходимых документов на предмет соответствия предъявляемым требованиям.

Срок подачи заявки на участие в тендере и приобретение тендерной документации до 11февраля 2022 г. по адресу, указанному выше.

Срок предоставления тендерных предложений до 28 февраля 2022 г. по адресу, указанному выше.

Дата проведения тендера 01 марта 2022 г. в 11.00 по адресу, указанному выше.

 Участие представителей зарегистрированных претендентов в процессе вскрытия конвертов с тендерными предложениями обязательно.

Расчеты по договору будут проводится по безналичному расчету путем перечисления на счет исполнителя.

Участники тендера должны иметь технические возможности проведения работ, набор необходимых документов для выполнения условий контракта.

Срок действия тендерных предложений должен составлять не менее 90 календарных дней, начиная с даты проведения тендера.

Тендерные предложения представить на азербайджанском или русском языках.

С победителем тендера будет заключен договор в течение 20 календарных дней с момента окончания тендерных торгов.

Победитель тендера должен поставлять товар, согласно заявке заказчика, по адресу: г. Баку, Хатаинский р-н, ул. Ш. Мирзоева 13

Форму "Заявки на участие в тендере", а также иную информацию можно получить по указанным в приглашении телефонам и адресу электронной почты.