Reklam və elanlar

"MƏRKƏZİ KLİNİKA" MMC 2024-cü İL (İLLİK) ÜÇÜN KLİNİKANIN ƏMLAKININ VƏ 3-cü ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİNİN SIĞORTASI ÜZRƏ AÇIQ TENDER ELAN EDİR

Tender - 5 Lot üzrə keçiriləcəkdir:

Lot-1. "Mərkəzi Klinika" MMC-nin binaları üzrə (icbari sığorta);

Lot-2.. "Mərkəzi Klinika" MMC-nin manual- tibbi avadanlıqları üzrə;

Lot-3. "Mərkəzi Klinika" MMC-nin elektron cihazları üzrə;

Lot-4. "Mərkəzi Klinika" MMC-nin nəqliyyat vasitələrinin kompleks sığortası üzrə;

Lot-5. "Mərkəzi Klinika" MMC-nin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti üzrə;

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır. Tenderdə iştirak etmək istəyən iddiaçılar lotlar üzrə aşağıda göstərilən ümumi iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı ş., Parlament prospekti-76 ünvanından - "Mərkəzi Klinika" MMC-nin Hüquq Şöbəsinə müraciət edərək əldə edə bilərlər.

 Əlaqələndirici şəxs: Xəlilov Firudin Ələsgər oğlu

Tel.: * (+994012) 492-10-92 (daxili: 12 11), (99450) 7724303

İştirak haqqı ümumilikdə 200 (iki yüz) manat təşkil edir.

Təşkilat: "Mərkəzi Klinika" MMC

VÖEN 1700951031

"Kapital Bank" ASC Səbail filialı

VÖEN 9900003611

Kodu-200059

M/H AZ 37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

H/H AZ08AIIB38060029440800727105

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

a) tenderdə iştirak etmək üçün yazılı müraciət,

b) hüquqi statusu təsdiq edən sənədlər-nizamnamə,

c) şəhadətnamə və lisenziyanın surəti,

d) tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,

ç) tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır),

e) təklifin 1%-i məbləğində bank tərəfindən verilmiş təklif təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır),

f) iddiaçının son bir illik maliyyə vəziyyəti barədə məlumat.

j) iddiaçının vergi borcunun olub-olmaması barədə məlumat.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16.03.2024-cü il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29.03.2024-cü il saat 17:00-a qədər Bakı şəhəri, Parlament pr.76 ünvanında yerləşən "Mərkəzi Klinika" MMC-nin Hüquq Şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 09.04.2024-cü il tarixdə saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: a) Azərbaycan Respublikası qanunvericiliyinə uyğunluq; b) səmərəlilik; c) maliyyə və texniki imkanlar; d) xidmət keyfiyyəti;

"Mərkəzi Klinika" MMC-nin Tender Komissiyası.