Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Səhiyyə

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib

 Sentyabr ayının 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlardan bir daha xahiş olunur ki, pandemiyadan qurtulmaq üçün, ilk növbədə, vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

AZƏRTAC