Bildiriş
Reklam və elanlar

Bildiriş

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ tərəfindən “Lənkəran şəhəri ərazisində abadlıq işlərinin satınalınması” müsabiqəsində iddiaçılardan birinin müraciəti əsasında zərflərin açılış tarixi uzadılmışdır. Belə ki, təkliflərin son təqdim olunma tarixi və vaxtı 15.06.2021-ci il saat 12:00, zərflərin açılış tarixi və vaxtı 16.06.2021-ci  il saat 12:00-a dəyişmişdir.


“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun layihə-tədqiqat ərazi idarələrinə şəbəkə üzərindən rabitə xidmətlərinin göstərilməsinin satın alınması üzrə 21 may 2021-ci il tarixində elan edilmiş təkliflər sorğusu proseduru üzrə qiymətləndirmə yekunlaşdırılmış və təkliflər sorğusunun qalibi “Selnet” MMC olmuşdur.

“Selnet” MMC ilə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC arasında 10 iyun 2021-ci il tarixində 183 825.12 manat (yüz səksən üç min səkkiz yüz iyirmi beş manat 12 qəpik) (ƏDV ilə) məbləğində satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il üçün xərclər smetasının 311150 - “Maşın və avadanlıqlar” maddəsi üzrə informasiya -kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlıqlarının satın alınması məqsədilə 2021-ci il martın 30-da elan olunmuş açıq tender prosedurunun nəticələrinə görə “İsoft” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onunla satınalma müqaviləsi bağlanmışdır.


Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən 2021-ci il üçün nəzərdə tutulan Cari təmir işləri üçün mal-materialların satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Meliorasiya-2010” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Dövlət Sərhəd Xidmətinin tələbatı üçün “Respublika” qəzetinin 05 may 2021-ci il tarixli elanına əsasən Lot-12. “Poliqrafiya avadanlıqları”nın, Lot-13. “Poliqrafiya avadanlıqlarında aparılacaq servis xidməti işləri”nin və Lot-14. “Poliqrafiya avadanlıqlarının ehtiyat hissələrinin və görüləcək təmir işləri”nin satınalınması ilə bağlı açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ləğv edilmişdir.


“Bakı Metropoliteni” QSC tərəfindən 24 may 2021-ci il tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsilə “Bakı Metropoliteni” QSC-nin müxtəlif obyektlərində sendviç panel tərkibli poleritan materialdan polimer örtüklü xüsusi konstruksiyalı mühafizə qapı və darvazalarının hazırlanıb quraşdırılması işlərinin satınalınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirilmiş və “METPROF” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 268 634,08 manat (iki yüz altmış səkkiz min altı yüz otuz dörd manat, 08 qəpik) ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xüsusi texniki hərbi geyimlərin satın alınması məqsədilə 18 may 2021-ci il tarixində “Respublika” qəzetində və www.etender.gov.az saytında açıq tenderin (elektron satınalmanın) keçirilməsi üçün verilən elan üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 30.2 yarımbəndinin tələblərinə əsasən tələb olunan sənədlərin son təqdim olunma tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17.06.2021-ci il saat 11:00, tender təkliflərinin (tender təklifinin təminatı ilə birlikdə) son təqdim edilmə tarixi 25.06.2021-ci il saat 11:00, İddiaçıların təkliflərinin açılış tarixi isə 29.06.2021-ci il saat 11:00 tarixədək uzadılmışdır.


“Azəralüminium” MMC tərəfindən 30.03.2021-ci il tarixində etender.gov.az, ask.gov.az portallarında, “Respublika” qəzetində elanı dərc edilmiş “Nəqliyyat vasitələri üçün müxtəlif süzgəclər” açıq tenderinin qalibi, AZ1212, Bakı şəh., Yasamal ray., Xarici Dairəvi yol ünvanında yerləşən “UDT-Texnika” MMC (VÖEN: 1001790811) ilə 24 may 2021-ci il tarixli, ümumi dəyəri 19,706.00 AZN (on doqquz min yeddi yüz altı manat) olan satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən Ərzaq məhsullarının alınması və təminatı üzrə kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Tender Komissiyasının 21 may 2021-ci il qərarına əsasən “Actıve Procurement” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən  hərbi ayaqqabıların satın alınması məqsədilə 06.05.2021-ci il tarixində etender.gov.az və “Respublika” qəzetində elan olunmuş elektron tender proseduru “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası  Qanununun 11.1-ci maddəsinin tələblərinə əsasən ləğv edilmişdir.