Zəngilanda düşmən təxribatının pərdəarxası
Digər xəbərlər

Zəngilanda düşmən təxribatının pərdəarxası

Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq iki erməni hərbi qulluqçu saxlanılıb. Sülh prosesi üzrə danışıqların intensivləşdiyi bir vaxtda bu cür təxribatlara əl atılmasının pərdə arxasında Ermənistanın çirkin planları özünü büruzə verir. Ermənistanın təxribatları səngimir sülh müqaviləsinin imzalanması bu çərçivədə real görünmür.

Bildiyimiz kimi, Rusiya dövlət başçısı Vladimir Putin ölkə başçımız İlham Əliyevi Ali Avrasiya İqtisadi sammitinə qonaq qismində dəvət etmişdi. Görüş Azərbaycanın iqtisadi potensialını beynəlxalq səviyyədə bir daha əks etdirdi. Baş nazir Nikol Paşinyanın gətirdiyiarqumentlərisə iclasdakı digər dövlət başçılarında gülüş təəccüb doğurdu. Şübhəsiz ki, Laçın yolu ilə Zəngəzur dəhlizini eyniləşdirən baş nazir bu dəfə özünü gülünc vəziyyətə saldı. Belə ki, artıq Laçın yolunda dəhliz məntiqi itib, ikincisi, Zəngəzur dəhlizi daha genişmiqyaslı ölçülərə böyük geosiyasi iqtisadi əhəmiyyətə malikdir. Üstəlik, burada təkcə Rusiyanın yox, digər beynəlxalq oyunçuların da maraqları mövcuddur. Buna baxmayaraq, Paşinyan Putinə müraciətlə guya Rusiyanın Zəngəzur dəhlizinə dəstək olmasını ilk dəfədir eşitdiyini kameralara yansıtdı. Görünür, bu plan erməni xalqı qarşısında aciz duruma düşmüş Paşinyanın onların gözündə xal toplamaq üçün atdığı addım idi.

Məhz Zirvə görüşündən bir gün sonra Zəngilanda erməni diversant qrupunun ərazilərimizə sızma cəhdi təsadüfi sayıla bilməz. Burada bir çox məqam var ki, sülh prosesinin inkişafına bilavəsitə təsir edərək stabil vəziyyətin yaradılmasına əngəl törədir. Bununla yanaşı, Ermənistanın bu addımını sadəcə təxribat adlandırmaq qeyri-mümkündür. İlk növbədə, Ermənistan düşünülmüş plan üzrə Kişineu görüşü öncəsi uğurlu lokal qələbə elan etmək niyyətində idi ki, bu plan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən puç edildi. Digər tərəfdən isə Ermənistanda daxili çəkişmələrin hökm sürdüyü bir vaxtda Paşinyan rejimi revanşist addımlarla vəziyyəti öz xeyirlərinə çevirməyə çalışdılar. Çünki müxalifətin hədəf taxtasında olan Paşinyanın çıxış yolu getdikcə azalır. O, Azərbaycanla mübarizə görüntüsü yaradaraq xalqın gözündən pərdə asmağa çalışır.

Hərbi məqsədlərə gəldikdə isə diversiya qrupu daha dərinliklərə sızıb müxtəlif təxribatlar törədərək yenidən dinc əhalimizi hədəf alacaq nəticədə isə Azərbaycan ordusu layiqli cavabı verərək əks-hücum əməliyyatlarına start verəcəkdi. Bu da məhz Ermənistanın əlində növbəti bəhanə olacaqdı. Bütün bunların fonunda demək olar ki, Kişineuda sülh danışıqlarının axarını dəyişmək barədə qurulan oyunlar puça çıxmış, Ermənistan növbəti dəfə öz layiqli cavabını alaraq geriyə oturdulmuşdur.

Nəticədə, Azərbaycan sərhədçiləri iki erməni hərbçini saxladı beləliklə İrəvan geosiyasi oriyentasiyasında heç bir dəyişikliyə imza ata bilmədi.

Erməni diversantların bütün hüquq mükəlləfiyyətləri dövlətimiz tərəfindən təmin edilərkən ordumuzun iki hərbçisinin əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçməsi nəticəsində əsir saxlanılması, Azərbaycan hərbçisi Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsi qəbuledilməzdir. Mənfur düşmən beynəlxalq hüququ növbəti dəfə kəskin şəkildə pozmasına hərb qaydalarına əməl etməməsinə görə müfaviq beynəlxalq təşkilatlar tərəfindən dərhal cəzalandırılmalı idi. Həmçinin İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri bu cür hallarda iki gün ərzində həmin şəxsləri geri qaytarmaq haqqında razılıq da əldə etmişlər. Bu gün yenidən növbəti erməni təxribatı ilə qarşı-qarşıyayıq. Bu barədə cənab İlham Əliyev laçınlılarla görüşdə demişdir: "Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri . Görün, onlar etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər artıq məhkum ediblər. Bu, harada görünüb? Mayın 14- Brüsseldə keçirilən üçtərəfli görüşdə mən bildirdim ki, bu, dözülməzdir. Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara verilib, 11 il müddətinə məhkum ediliblər. məhkəmə olub, vəkil olub, hakim olub, media nümayəndələri. Belə məhkəmə olar? Bu, qanunsuzluqdur...".

Ermənistan tərəfi bunu yaxşı anlayır. Göründüyü kimi sülhə doğru atılan addımlar Azərbaycan tərəfindən intensivləşsə Ermənistan buna meyil etmək istəmir təxribatlardan əl çəkmək niyyətində deyil. Lakin düşmən bunu anlamalıdır ki, Azərbaycan-Ermənistan arasındakı vəziyyət hərbi yollarla davam edərsə, onda Ermənistan yox olmaq təhlükəsi ilə üzləşəcək.

Nurlan ABDALOV,

"Respublika".