Baş Prokurorluq: Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub
Digər xəbərlər

Baş Prokurorluq: Daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin olunub

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Respublika”ya bildirilib ki, Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.

Avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Xəyal Nəsirov Ukraynadan ölkəmizə gətirilib.